Çap

Press-relizlər

PASHA Bank 2010 Bakı Caz Festivalının Rəsmi Tərəf Müqabilidir.

PAŞA Bank 16 oktyabr tarixində başlanacaq Bakı Caz Festivalının rəsmi partnyoru kimi çıxış edir. Bank bu təşəbbüsünü Azərbaycanın daxilində və xaricində ölkəmizin mədəniyyət, incəsənət və idman layihələrin dəstəyinə yönəlmiş ictimai cavabdehlik proqramı çərçivəsində həyata keçirir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun "SWEET Production" şirkəti ilə birgə həyata keçirdiyi bu festival Bakılılar üçün sözün əsl mənasında bir musiqi hədiyyəsi olacaq. Matt Bianco, Shakatak, Al Di Meola kimi dünya səviyyəli musiqiçilərinin iki həftə boyunca Bakıda ifa edəcəkləri möhtəşəm caz musiqisi paytaxtımızın mədəni həyatına öz damğasını vuracaq.

PAŞA Bankın İctimai Əlaqələr və Marketinq Departamentinin Rəisi xanım Qabriela Rousarova belə söylədi: "Özünün 5-ci ildönümünü qeyd edən 2010 Bakı Caz Festivalının rəsmi partnyoru olmaqdan qürur hissi duyuruq. Bakı uzun illərdən bəri caz musiqisinin paytaxtıdır və belə bir Festival Bakının mədəni həyatı üçün böyük məna kəsb edir. Bakılıların caz musiqisinə olan coşqun sevgisi bu gözəl şəhərin hərtərəfli və rəngarəng mədəniyyətə malik olmasının bir rəmzidir. Məhz bu ənənəni davam etdirmək və bu coşqun sevgini xalqın ürəyində tutmaq istəyi PAŞA Bankı bu festivala öz dəstəyini göstərməyə sövq etdi.

SWEET Production Şirkətinin Baş Direktoru Camal Nuriyev belə söylədi: Bu bizim PAŞA Bank ilə ilk əməkdaşlığımızdır. Festivalın təşkili zamanından bu günədək PAŞA Bank öz dəstəyini bizdən əsirgəmədi, və buna görə Banka öz minnətdarlığımı bildirirəm. Ümidvaram ki, Azərbaycan mədəniyyəti üçün belə vacib layihələr çərçivəsində biz öz əməkdaşlığımızı davam etdirəcəyik.

https://www.pashabank.az/press_centre,251/lang,az/