25/06/2010
PAŞA Bank ötən 2009-cu il üçün maliyyə fəaliyyətinin nəticələrini dərc etmiş və Azərbaycan bankçılıq bazarının iri və güclü korporativ bankı kimi bankın mövqeyinin möhkəmləndirilməsi üzrə atılacaq əlavə addımları göstərmişdir.
PAŞA Bank 126,570 min manata çatan ümumi kapital ilə iri kommersiya banklarından biri kimi öz mövqeyini qoruyub saxlamışdır. Aktivlər portfelinin diversifikasiyasına istiqamətlənmiş strateji qərarın nəticəsi olaraq, Bank müştərilərə göstərilən xidmətlərin balansını saxlamağa nail olmuşdur. 2009-cu ilin sonuna PAŞA Bankın ümumi aktivləri 306,433 min manata çatmışdır ki, bu da 2008-ci il ilə müqayisədə 55% artım deməkdir.
2008-ci ildə bu rəqəm 46,225 min manat təşkil etdiyi halda Bankın kredit portfelinin ümumi məbləği 2,6 dəfə artmış və 122,080 min manata çatmışdır.
2008-ci il ilə müqayisədə Bankın xalis mənfəəti 2009-cu il ərzində 49%-ə qalxmış və 16,059 min manata çatmışdır ki, bu da bankın kapitallaşmasını artırmağa imkan vermişdir. 2009-cu ilin nəticələrinə görə PAŞA Bank Azərbaycanın beş ən mənfəətli bankları sırasına daxildir.
Qeyri-faiz gəliri 2,3 dəfə artdığı və 2,639 min manat təşkil etdiyi halda Bankın faizli gəliri 24,384 min manat təşkil etmişdir. Beynəlxalq maliyyə institutları ilə aparılmış danışıqların nəticəsində PAŞA Bank korporativ müştərilərinə daha böyük miqdarda kommersiya maliyyə xidmətləri göstərə bilmişdir. Bir il ərzində ticarətin maliyyələşdirilməsi portfeli təxminən 2,6 dəfə artaraq - 2008-ci ildə 10 milyon manatdan 2009-cu ildə 25,614 min manatadək yüksəlmişdir.
Ümumiyyətlə, 2009-cu il PAŞA Bank üçün beynəlxalq biznesə cəlb edilmiş korporativ müştərilərə bir çox sahələrdə xidmət göstərən və bankın mövqeyinin korporativ qurum kimi möhkәmlәnmәsinә yönələn birinci strateji mərhələnin başa çatması ili kimi əlamətdardır. Başa çatmış müddət ərzində bank, ölçülərindən asılı olmayaraq, şəffaf və sabit rəhbərliyi olan şirkət üçün güclü partnyor kimi bankçılıq bazarında öz yerini tutmuşdur.
PAŞA Bank Azərbaycan bazarında, o cümlədən beynəlxalq maliyyə institutları və xarici banklar ilə layihənin və ticarətin maliyyələşdirilməsi üzrə əməkdaşlıq çərçivəsində yeni müasir məhsulları və xidmətləri təqdim etmək niyyətindədir. 2010-cu ilin sonuna qədər sənədli əməliyyatlar üzrə portfelin 2 dəfə, 60 milyon manata qədər artırılması planlaşdırılır ki, bu da kiçik və orta biznesin subyektlərinin mövcud və potensial müştəriləri üçün yeni imkanlar yaradacaqdır.
2010-cu ilin nəticələrinə görə PAŞA Bankın kredit portfelinin ümumi aktivlərin 40-45%-ə qədər artacağı proqnozlaşdırılır.
Bankın xidmətlərindən regional miqyasda istifadə olunmasını asanlaşdırmaq məqsədilə PAŞA Bankın inkişaf strategiyasına əsasən Azərbaycanın əsas regionlarında - Gəncə-Qazax, Zaqatala, Quba-Xaçmaz və Masallı-Lənkəran- filialların açılmasını nəzərdə tutur.
Hal-hazırda PAŞA Bankın mərkəzi ofisi, həmçinin Bridge Plaza və Shuvelan Park ticarət mərkəzlərində bölmələri vardır. Bundan başqa ilin sonunadək Bakıda Port Baku ticarət mərkəzində filialın açılması planlaşdırılır.