04/04/2009
Şüvəlan Park Ticarət Mərkəzi Yarandığı gündən indiyə kimi “PAŞA Bank” ASC nəzərəçarpacaq nailiyyətlər əldə etmişdir: yerli maliyyə xidmətləri bazarında öz yerini, müştərilərin inamını qazanmışdır. Mürəkkəb iqtisadi vəziyyətə baxmayaraq, bank inkişafını dayandırmağı planlaşdırmır: maliyyə məhsulları xəttini təkmilləşdirir və ofislər şəbəkəsini genişləndirir. 03 Aprel 2009-cu il tarixində Şüvəlanda Bankın yeni şöbəsi açıldı.
Şüvəlanda “PAŞA Bank” ASC seçdiyi korporativ və Private banking istiqamətlərinin geniş çeşidli maliyyə xidmətlərini göstərən tam formatlı ofis açdı.
Yeni şöbə Şüvəlan qəsəbəsinin mərkəzi, Almas İldırım küçəsi 68 ünvanında yerləşən “Şüvəlan Park” Ticarət Mərkəzində açıldı. Bu, Bankın sayca 2-ci şöbəsidir. Şüvəlanda yeni şöbənin yaradılması “PAŞA Bank” ASC-nın inkişaf perspektivlərini təsdiq edir.