12/03/2009
tietoTəxminən keçən ilin ikinci rübündən başlayaraq Bankın strateji məqsədlərinə cavab verən yeni ABS axtarışı prosesi işə başladı. Bankda işçi qrup təşkil edildi. Qiymətləndirmə və çoxsaylı müzakirələrdən sonra Estoniyanın Tieto şirkətinin təklif etdiyi ABS BankSyst sistemini seçmək qərarı verildi.
2009-cu ilin yanvar ayında bu layihə çərçivəsində tərəflərin əməkdaşlığını tənzimləyən müqavilələr paketi imzalandı. Həmçinin 1 dekabr 2009-cu ilə, yəni Bankın rəhbərliyi tərəfindən sistemin istismara buraxılması üçün son tarix kimi təyin edilmiş günə qədər görüləcək tədbirlərin hərtərəfli planı qəbul edildi.
Hal-hazırda Bankda yeni ABS sisteminin tətbiq edilməsi layihəsi çərçivəsində sistemi hazırlamış şirkətin nümayəndələrindən ibarət analitik qrup çalışır. Tələb edilən funksionallığa dair dəqiq və konkret anlayışın yaradılması, işlərin gələcək həcmini müəyyən etmək üçün cari vəziyyətin təhlili mərhələləri və layihənin yerinə yetirilməsinə dair aydın anlayışın əldə edilməsi baxımından ən vacib və həlledici məqamdır.