22/04/2009

Bridge Plaza

Həm korporativ, həm də Private banking istiqamətlərində xidmətlər təklif edən «PAŞA Bank» yerli maliyyə xidmətləri bazarında öz mövqeyini möhkəmləndirir və hazırkı günə ölkənin beş ən böyük bankı sırasına daxildir. Bankın əsas məqsədlərindən biri hər bir müştəriyə fərdi yanaşaraq öz xidmətlərini təklif etməkdir.

«Müştərilərin bank məhsullarına və xidmətlərinə tələbi artır. Şöbənin xidmətlər kompleksi biznesin səciyyəvi xassələrini və tələblərini nəzərə almaqla hazırlanmışdır. Bizim bankın bu şöbəsi bu tələbi təmin etməyə yardımla yanaşı xidmətin rahatlıq və asanlığını da təmin edəcək – Bankın “Bridge Plaza” şöbəsinin rəhbəri Sona Qarayeva deyir – müştərilərə şöbənin xidmətlərindən istifadə etmək çox rahat olacaq, çünki o, şəhərin işgüzar mərkəzində yerləşmişdir.»