Çap

Press-relizlər

“PAŞA Bank”ın “Bilik Səfəri” layihəsinin Gəncədə bağlanış mərasimi keçirilib

Bilik seferi
Sosial məsuliyyətli vətəndaş olan “PAŞA Bank”ın gənclərin bilik və bacarıqlarının inkişafına yönəlmiş “Bilik Səfəri” layihəsinin Gəncə şəhərində bağlanış mərasimi keçirilib. Üç ay davam edən layihə çərçivəsində regionlardan seçilmiş yüksək potensiallı gənclər müştəri xidmətləri üzrə nəzəri biliklər və praktiki bacarıqlar əldə ediblər.

Layihə müddətində iştirakçılar əmək bazarının aktual tələblərinə uyğun biliklər qazanaraq gələcək karyeralarına daha hazırlıqlı şəkildə addım atıblar. Bu təşəbbüs “PAŞA Bank”ın regionlarda insan kapitalına sərmayə qoymaq strategiyasının nümunəsidir və gənclərin inkişafına real təsir göstərən layihələrdən biridir.
Bilik_seferi

Bağlanış mərasimində bank nümayəndələri layihənin həyata keçirilməsində əməyi olan təlimçilərə və tərəfdaşlara, xüsusilə ADA Universiteti və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin nümayəndələrinə təşəkkürlərini bildiriblər. Proqramı uğurla başa vuran gənclərin əldə etdikləri nəticələrin gələcəkdə daha böyük nailiyyətlər üçün möhkəm zəmin yaradacağı vurğulanıb.
Bilik_seferi

“PAŞA Bank” gələcəkdə də regionlarda inklüziv inkişafı dəstəkləyən, gənclərin bilik və bacarıqlarının artırılmasına yönəlmiş təşəbbüsləri davam etdirməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, bank fəaliyyətə başladığı ilk gündən ölkədə insan kapitalının inkişafına, peşəkar biliklərin paylaşılmasına və bu istiqamətdə potensialın gücləndirilməsinə yönəlmiş layihələr həyata keçirib. “PAŞA Bank” gələcəkdə də gənclərin təhsil və karyera imkanlarını genişləndirəcək proqramları davam etdirmək niyyətindədir.

https://www.pashabank.az/press_centre,2153/lang,az/