Çap

Press-relizlər

“PAŞA Bank” və “Deloitte” “Best Managed Companies Azerbaijan 2026” layihəsi üzrə görüş keçirdi

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın və "Deloitte Azərbaycan"ın sponsorluğu ilə həyata keçirilən “Best Managed Companies Azerbaijan 2026” biznes müsabiqəsi çərçivəsində növbəti inkişaf yönümlü tədbir keçirilib.

Tədbirdə proqramın hazırkı mərhələsi, qiymətləndirmə modeli və qarşıdakı kouçinq sessiyalarının əsas istiqamətləri təqdim edilib. Komandaların inkişaf ehtiyacları, liderlik bacarıqlarının gücləndirilməsi və beynəlxalq “Best Managed” standartlarına uyğunlaşma mövzuları müzakirə olunub.

Bootcamp_6.jpg (270 KB)

“PAŞA Bank”ın korporativ və institusional bankçılıq üzrə aparıcı direktoru Heydər Süleymanov çıxışında proqramın ölkədə idarəetmə mədəniyyətinin inkişafına verdiyi töhfələri vurğulayıb:

“PAŞA Bank olaraq sağlam biznes mühitinin formalaşmasını və şirkətlərimizin regional və qlobal miqyasda rəqabətqabiliyyətliliyinin artmasını daim prioritet hesab edirik. Deloitte ilə tərəfdaşlığımız da məhz bu dəyərlərə xidmət edir.”

Görüşdə əvvəlki illərin qalibləri – “Metak”“Azərsun” – təcrübələrini bölüşərək proqramın biznes proseslərinin transformasiyasına və korporativ idarəetmənin gücləndirilməsinə verdiyi real faydaları təqdim ediblər.

Müsabiqə üçün qeydiyyat davam edir. Son müraciət tarixi – 5 dekabr.

bootie_5.jpg (270 KB)


Bootcamp_1.jpg (181 KB)

“Best Managed Companies” proqramı “Deloitte” tərəfindən 33 il ərzində 47 ölkədə uğurla tətbiq olunan beynəlxalq biznes müsabiqəsidir. Azərbaycanda isə bu layihə “PAŞA Bank” və “Deloitte Azərbaycan”ın birgə təşkilatçılığı ilə həyata keçirilir. Müsabiqədə iştirakçı şirkətlər müstəqil münsiflər heyəti tərəfindən strategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyə göstəriciləri üzrə dörd əsas meyara görə qiymətləndirilir. “Best Managed Companies Azerbaijan” proqramının sponsorları “Deloitte Private” və “PAŞA Bank”, tərəfdaşları isə Biznesin İnkişafı Fondu, AmCham Azerbaijan, ADA Universiteti və İctimai Televiziyadır.

bootie_8.jpg (243 KB)
Bootie_7.jpg (189 KB)
bootie_9.jpg (238 KB)


https://www.pashabank.az/press_centre,2144/lang,az/