Çap

Press-relizlər

“PAŞA Bank” Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

Xezer_1.jpg (191 KB)

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 14–16 oktyabr 2025-ci ildə “Iteca Caspian” tərəfindən təşkil olunan 30-cu Yubiley Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində çıxış edib.

Bakı Ekspo Mərkəzində keçirilən və regionun inşaat sənayesində ən nüfuzlu platformalardan biri olan sərgi yerli və beynəlxalq şirkətləri, investorları və sənaye mütəxəssislərini bir araya gətirib.

Bu il Xəzər İnşaat Həftəsi çərçivəsində beş iri sərgi eyni anda baş tutub.

  • BakuBuild – 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi
  • Rebuild Karabakh – 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi
  • Aquatherm Baku – 17-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su Təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi
  • Plastex Caspian – 4-cü Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi
  • Road & Traffic – 13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi

Rəsmi bank tərəfdaşı qismində “PAŞA Bank” öz maliyyə həllərini, biznes üçün dəstək xidmətlərini və innovativ rəqəmsal məhsulları barədə ziyarətçilərə məlumat verib. Bank təmsilçiləri həmçinin B2B formatlı görüşlər keçirərək şirkətlərə potensial əməkdaşlıq imkanları və layihə maliyyələşdirməsi üzrə fərdi məsləhətlər təqdim edib.
iteca_2.jpg (273 KB)

Almaniya, BƏƏ, Çin, İtaliya, Türkiyə, Özbəkistan və digər ölkələrdən olan şirkətlərin iştirakı ilə keçirilən sərgilər inşaat sektorundakı ən son texnologiya, innovativ məhsul və davamlı həlləri təqdim edib.

Qeyd edək ki, “PAŞA Bank” bu tərəfdaşlıq vasitəsilə Azərbaycanın özəl sektorunun inkişafını, innovasiyaların tətbiqini və sənaye sahələri arasında əməkdaşlığın gücləndirilməsini dəstəklədiyini bir daha nümayiş etdirir. 2025-ci ildə Bank real sektor və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə “International Investor” və “Euromoney” beynəlxalq nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” seçilib, həmçinin “Stevie Awards”-da “İlin şirkəti” nominasiyasında Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub və “Global Finance” nəşri tərəfindən təqdim olunan “World’s Best Private Banks 2025” mükafatının qaliblərindən biri seçilib.
Xezer_4.jpg (200 KB)

https://www.pashabank.az/press_centre,2133/lang,az/