Sosial məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank” uşaqlara olan qayğı və həssaslığını növbəti dəfə nümayiş etdirib. Belə ki, Bank, Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Gəncə uşaq evinin körpələrini sevindirib. 27 may tarixində baş tutan bu səfərdə Bank tərəfindən uşaqlara müxtəlif hədiyyələr təqdim olunub və əyləncə proqramı təşkil edilib.
Həmçinin bu səfər zamanı uşaqların müasir dövrdə üzləşə biləcəkləri çağırışlara qarşı hazırlığını və məlumatlılıq səviyyəsini artırmaq üçün xüsusi təlimlər keçirilib. Beləliklə də, “Stop uqroza” beynəlxalq təhlükəsizlik məktəbi tərəfindən hazırlanan bu təlimlər çərçivəsində 60-dan çox uşağa təhlükəsiz internet, internet dələduzluğundan necə qorunmaq olar kimi mühüm istiqamətlər tədris olunub.
Qeyd edək ki, bu təşəbbüs “GID CSR Consulting” şirkəti ilə tərəfdaşlıqda həyata keçirilib.