11/05/2023

RK.png (757 KB)

Azərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank”, fərdi sahibkarlar üçün yeni rəqəmsal biznes kartını təqdim edib.

Belə ki, özündə ənənəvi korporativ kartın funksiyalarını əks etdirən kartı tamamilə ödənişsiz və cəmi 1 iş gününə əldə etmək mümkündür. 5 il müddətinə təqdim olunan rəqəmsal biznes kartını müştərilər onlayn bankda və “PAŞA Biznes” mobil tətbiqində rahatlıqla istifadə edə bilərlər. Həmçinin “PAŞA Biznes” tətbiqində kartın PİN-kodunu asanlıqla təyin etmək olar.

Əlavə olaraq, rəqəmsal biznes kartını “Apple Pay” və ya “Google Pay” elektron pul qabına əlavə edərək müştərilər sürətli biznes ödənişlərindən yararlana bilərlər.

Qeyd edək ki, yaxın zamanda “PAŞA Biznes” mobil tətbiqində rəqəmsal biznes kartından digər kartlara köçürmələr də mümkün olacaq. Rəqəmsal biznes kartını istənilən zaman, tamamilə ödənişsiz və onlayn sifariş etmək mümkündür.

Ətraflı məlumat üçün: https://pshb.az/reqemsalbizneskarti

Rəqəmsal biznes kartını sifariş etmək üçün: https://pshb.az/reqemsalkartsifarisi