Çap

Press-relizlər

“PAŞA Bank” 27-ci Bakı Enerji Forumunun tərəfdaşıdır

Ölkənin aparıcı korporativ maliyyə institutu və real sektorun aparıcı qüvvəsi olan “PAŞA Bank” 27-ci Bakı Enerji Forumunun rəsmi tərəfdaşıdır. “Iteca Caspian” şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın dəstəyi ilə keçiriləcək Bakı Enerji Forumunda dünyanın 30 ölkəsini təmsil edən 400-ə yaxın nümayəndənin iştirak edəcəyi gözlənilir.

Forumda “İnkişaf yollarının kəsişməsində enerjinin gələcəyi”, “Yaşıl enerjinin yenilənməsi”, “COVID-19 pandemiyasının enerji sektoruna təsiri və bərpa proqnozları”, “Yeni enerji erasında neft və qaz üçün yeni meyarlar. Neft və qaz şirkətindən enerji şirkətinə”, “Neft və qaz texnologiyaları”, “Neft və qazın işlənməsində Süni intellekt” kimi mövzular əhatə olunacaq.

“PAŞA Bank”ın idarə heyətinin sədrinin səlahiyyətlərini icra edən Cavid Quliyev forumdan bəhs edərkən bu növ genişmiqyaslı tədbirlərin keçirilməsinin özəl sektor üçün əhəmiyyətli olduğunu vurğulayıb. “Sənaye liderləri ilə bir araya gəlmək, həm yerli, həm də xarici şirkətlərlə məlumat mübadiləsində iştirak etmək fürsəti əməkdaşlıq əlaqələrini genişləndirir. Bu isə, müştərək layihələr və yeni investisiya imkanları deməkdir. “PAŞA Bank”, real sektorun aparıcı qüvvəsi kimi bu növ layihələrdə iştirak edərək iqtisadiyyatın dayanıqlılığına töhfə verməyi hədəfləyir”,- deyə Cavid Quliyev bildirib.

“Bizim üçün çox sevindirici haldır ki, “PAŞA Bank” 1-3 iyun tarixində keçiriləcək 27-ci Bakı Enerji Forumunun sponsoru qismində çıxış edir. Əməkdaşlığımızın hər iki tərəf üçün səmərəli olacağına əminliyimizi bildirir və gələcəkdə birgə fəaliyyətimizin inkişaf edəcəyinə ümid edirik”, - Bakı Enerji Forumunun təşkilatçısı olan “Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov qeyd edib.

 

https://www.pashabank.az/press_centre,1796/lang,az/