Çap

Press-relizlər

PAŞA Bankın İdarə Heyətində dəyişiklik

1 iyul 2015-ci il tarixindən etibarən PAŞA Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı Direktor vəzifəsində çalışan Taleh Kazımov Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub. Bütün PAŞA Bank adından Taleh Kazımovu yeni təyinatı münasibəti ilə ürəkdən təbrik edir, ona bütün bu illər ərzində PAŞA Banka rəhbərlik etdiyi üçün təşəkkürümüzü bildiririk və gələcək karyerasında uğurlar arzu edirik.

Yeni təyinat haqqında qərarın qısa müddət ərzində qəbul edilməsindən irəli gələrək hazırda PAŞA Bank-ın İdarə Heyəti Sədrinin səlahiyyətlərini icra edən şəxs vəzifəsinə Bankın Idarə Heyətinin Sədr müavini Cavid Quliyev təyin edilib. Qeyd edək ki, yaxın zamanlarda İdarə Heyətinin tam tərkibdə təşkili həyata keçiriləcək və İdarə Heyətinin sədri vəzifəsinə təyinat baş tutacaqdır.  

“Taleh Kazımovu bu təyinat münasibəti ilə təbrik edirəm və ona gələcəkdə uğurlar arzu edirəm. Əminəm ki, PAŞA Bankın İdarə Heyəti, Bankın 2020-ci ilin sonunda qəbul edilmiş 2021-2023-cü illəri əhatə edən strategiyasını yüksək səviyyədə icra etməyə davam edəcək” - PAŞA Bankın Müşahidə Şurasının sədri Mir Camal Paşayev bildirib.

https://www.pashabank.az/press_centre,1789/lang,az/