15/12/2021

14 dekabr tarixində Bakıda “Dağ-mədən sənayesinin inkişafı, islahatlar və maliyyə mexanizmləri” adı altında konfransı baş tutub. Tədbir Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ölkənin aparıcı korporativ bankı PAŞA Bank tərəfindən həyata keçirilib.

50 sahibkar subyekti, eləcə də dövlət qurumların və bankın təmsilçilərinin iştirak etdiyi konfrans çərçivəsində dağ-mədən sənayesinin indiki dövrdə inkişafının əsas amilləri və gələcək perspektivləri haqqında fikir mübadiləsi keçirilib.

Konfrans çərçivəsində bu sahədə fəaliyyət göstərən bizneslərin potensialının artırılması və bazarda kiçik və orta sahibkarlar üçün təqdim edilən maliyyə instrumentləri barədə panel müzakirəsi aparılıb. PAŞA Bankın nümayəndələri bu mövzu üzrə təqdimatı konfrans iştirakçılarının diqqətinə çatdırıb, Bank tərəfindən təqdim edilən yeni və müasir rəqəmsal maliyyə imkanları haqqında ətraflı məlumat verilib.