Çap

Press-relizlər

Müştərilərin nəzərinə

27 noyabr tarixində "PAŞA Bank" da daxil olmaqla, ölkənin bir neçə bankın müştəriləri kart əməliyyatlarında çətinliklərlə üzləşib. Belə ki, bəzi hallarda kartdan karta köçürmə əməliyyatları zamanı göndərən şəxsin hesabından vəsait çıxıb, lakin alan şəxsin hesabına mədaxil olmayıb.

Məsələ ilə bağlı araşdırma aparılıb və çətinliyin yaranmasına xidmət provayderi tərəfində baş verən texniki nasazlıqların səbəb olduğu müəyyən edilib. Çətinliyin qısa müddət ərzində aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Qeyd olunan səbəbdən təyinat üzrə göndərilən vəsait yaxın zamanda çətinliklə üzləşən "PAŞA Bank" müştərilərinin hesabına geri qaytarılacaq.

Qeyd edək ki, hazırda ölkədaxili digər bankların kartlarına köçürmə əməliyyatlarında çətinliklər davam edir. Çətinlik aradan qaldırılanadək, müştərilərə bu növ köçürmələri etməmələri tövsiyə olunur. Bankdaxili köçürmələrdə heç bir çətinlik yaşanmır, müştərilər "PAŞA Bank" kartları arasında köçürmələri adi qaydada icra edə bilərlər.

https://www.pashabank.az/press_centre,1759/lang,az/