13/10/2021

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank oktyabr ayının 13-ü keçirilən mətbuat konfransında 2021-ci ilin ilk yarımilliyə dair fəaliyyətinin yekunlarını açıqlayıb. Tədbirdə məruzəçi qismində Bankın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Bəhruz Nağıyev çıxış edib.

PAŞA Bank 547,940 min manat dəyərində olan ümumi kapital həcmi ilə ölkənin ən böyük kommersiya bankı mövqeyini qoruyub saxlayır (2020: 559,092 min manat). Yarımil sonuna etibarən PAŞA Bankın cəmi aktivləri 5,920,485 min manat təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 7% artıb (2020: 5,516,391 min manat).

30 iyun 2021-ci il tarixinə Bankın aktivlərinin açıqlaması aşağıdakı kimidir:
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri - 19%
Müştərilərə verilmiş kreditlər - 37%
Kredit Təşkilatlarına verilmiş kreditlər - 8%
Qiymətli kağızlar portfeli - 32%
Digər cari və uzunmüddətli aktivlər - 4%

PAŞA Bank 2021-ci ildə ümumi kredit portfelini 4% artıraraq 2,259,340 min manata (2020: 2,163,415 min manat) çatdırıb və kreditləşmədə ciddi artım əldə edib. Portfel üzrə effektiv ehtiyat dərəcəsi 3,92% (2020: 2,55%) təşkil edib. Qeyd olunan dövr ərzində davamlı şəkildə müştərilərə xidmət göstərən Bank, son illər ərzində inkişaf etdirdiyi biznes əlaqələrindən də bəhrələnir. Bunun nəticəsi olaraq, PAŞA Bankın müştəri depozit bazası 2021-ci ildə 4,506,393 min manata (2020: 3,966,289 min AZN) çatıb.

Müştəri depozitləri tələbli və müddətli hesablara müvafiq olaraq 67% və 33 % nisbətində cəmlənib (2020: 67% və 33%). Bank, 2021-ci maliyyə yarımilik üçün 33,280 min manat xalis gəlir (2020 yarımillik: 27,355 min manat) qazandığını elan edib. Eyni dövr üçün toplam əməliyyat gəlirləri 128,446 min manat təşkil edib ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 16% çoxdur (2020 yarımillik: 111,114 min manat). Bankın yarımillik faiz gəlirləri 127,501 min manat, qeyri-faiz gəlirləri 27,854 min manat təşkil eləmişdir. Nəticədə qeyri-faiz gəlirinin ümumi əməliyyat gəlirlərinə nisbəti 22% təşkil edib.

Beynəlxalq maliyyə institutları ilə əhatəli danışıqlar sayəsində geniş miqyaslı maliyyə alətlərindən istifadə imkanı əldə edən PAŞA Bank, korporativ müştərilərinə daha çox ticari maliyyə xidmətləri göstərməyə nail olub. Bank, həmçinin “Standard & Poor's” Qlobal Reytinq agentliyin tərəfindən kredit reytinqi aldıqdan sonra müştərilərin maliyyələşdirilməsi üçün daha yaxşı şərtlər əldə edib. Bank, mütəşəkkil səviyyədə müştərilərlə münasibətdə məhsuldarlığı artıraraq peşəkar xidmətlər göstərmək üçün müxtəlif seminarlar və təlimlər keçirib.
2021-ci ildə sənədləşmə əməliyyatları balansı (maliyyələşdirmə sonrası daxil olmaqla) 326,996 min manat (2020: 274,918 min manat) təşkil edib. PAŞA Bank 2021-ci ilin ilk 6 ayında sərmayə yetərlilik nisbətinin ARMB-nin kapital qoyuluşları üzrə tələbinə uyğun olaraq 13.9% təşkil etdiyini açıqlayıb (2020: 15.5%). Bank, “Basel II” və “Basel III” dövrünü bitirdikdən sonra kapitalını dividendlər vasitəsilə səhmdarlara qaytararkən tələb olunan kapital səviyyələrinə diqqət yetirməyə davam edir.