Çap

Press-relizlər

“PASHA Bank Cup III” proqramçılar yarışmasının nəticələri elan olunub

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank proqramçılar üçün keçirilən "PASHA Bank Cup III" müsabiqəsi başa çatıb.

Oktyabrın 6-da baş tutan yarışmanın son mərhələsində 63 finalçı iştirak etmişdir. Müxtəlif yaş kateqoriyalarını təmsil edən İT mütəxəssisləri və uyğun sahədə təhsil alan tələbələr və şagirdləri proqramlaşdırma üzrə mürəkkəb suallardan ibarət və fərqli çətinlik dərəcəsinə malik tapşırıqların həllində yarışdılar.

«PASHA Bank Cup III» yarışmasının hər kateqoriya üzrə qalibləri elan olunub:

Kateqoriya: peşəkarlar Nəticə (%) Mükafat
1. Rəhim Məmmədli 100 Apple iPad
2. Rəşad Məmmədov 100 Apple AirPods
3. Anar Verdiyev 94.73 PocketBook e-reader
Kateqoriya: tələbələr Nəticə (%) Mükafat
1. İbrahim Tağızadə 100 Apple iPad
2. Xəlil Əsədzadə 100 Apple AirPods
3. Ziya Muxtarov 100 PocketBook e-reader
Kateqoriya: şagirdlər Nəticə (%) Mükafat
1. Əziz Hüseynov 100 Apple iPad
2. Səid Nəsibov 100 Apple AirPods
3. Amin Cəlilov 100 PocketBook e-reader

Tədbirdə çıxış edən PAŞA Bankın Baş texnologiya direktoru Vusal Xəlilovun sözlərinə görə, artıq ənənəyə çevrilmiş və hər il yerli proqramçıların arasında böyük marağa səbəb olan «PASHA Bank Cup» növbəti müsabiqəsi uğurla həyata keçirilib.

“Dünya üzrə İT seqmentində ən son trendləri araşdıran və onları yerli bazarda tətbiq edən “PAŞA Bank”, Azərbaycanda proqramlaşdırma sahəsinin daha da inkişaf etdirilməsini, bu sahədə çalışan mütəxəssislərin, təhsil alan tələbələrin və şagirdlərin daha dərin biliklərə və peşəkar bacarıqlara yiyələnməsini hədəfləyir. PAŞA Bank ən yaxşı işəgötürən təşkilatları sırasında öz aparıcı mövqeyini daha da gücləndirərək, informasiya texnologiyalari istiqaməti üzrə çoxsaylı müsabiqələri, o cümlədən, bizim ən tanınmış layihəmizdən biri - “PASHA Bank Cup” kimi yarışmaları müntəzəm olaraq keçirmək niyyətindədir. Fürsətdən istifadə edərək, mən bu ilki müsabiqənin qaliblərini təbrik edir, iştirakçılara və yarışa qatılmaq istəyənlərə isə kompyuter mühəndisliyində ən vacib olan fundamental bilikləri inkişaf elətdirmək üçün növbəti il keçiriləcək 4-cü Paşa Bank kubokuna qatilmalağa çağırır, onlara uğurlar arzu edirəm”, -deyə, V. Xəlilov vurğulayıb.

Qeyd edək ki, «PASHA Bank Cup» bu günə qədər artıq 3 dəfə keçirilmiş və yüksək rəqabətli layihəyə 1 200 nəfərə yaxın iştirakçı qatılmışdır.

https://www.pashabank.az/press_centre,1744/lang,az/