Çap

Press-relizlər

“PAŞA Bank”ın təşkilatçılığı ilə “FinTech founders bootcamp” proqramı keçiriləcək

PASHA-Bank_SMM_Pashabank_Fintech2.png (1.02 MB)Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, ölkədə İT sahəsinin inkişafını dəstəkləməyə yönələn layihələr üzərində çalışmağa davam edir. Bu dəfə Bankın və “SUP.VC” akselerasiya mərkəzinin təşkilatçılığı ilə “FinTech founders bootcamp by PASHA Bank” proqramı keçiriləcək.

26-28 iyul tarixləri ərzində baş tutacaq “bootcamp”da məlumatların təhlili və maliyyə sahəsində istifadə edilən çoxşaxəli yanaşmalardan, həmçinin müasir texnoloji maliyyə vasitələrinin tətbiqindən bəhs olunacaq. Təlimlər zamanı açıq bankçılıq yanaşması, “APİ” və ödəniş xidmətləri, şifrələmə və informasiya təhlükəsizliyi kimi aktual mövzular araşdırılacaq. Həmçinin təlimlərdə “FinTech” dünyasının məhdudiyyətləri, riskləri, siyasi və sosial təsirləri də əhatə olunacaq.

İştirakçılar “bootcamp”a qatılmaqla, maliyyə və texnologiyalar aləminin ən yaxşı təcrübələri ilə tanış ola, çalışdıqları şirkətə dəyər gətirməkdə kömək edəcək yeni bacarıqlar qazana biləcək.

İT və rəqəmsal bankçılıq sahəsində trendləri müəyyənləşdirən “PAŞA Bank”, maliyyə texnologiyaları sənayesində baş verən yenilikləri və ən son təcrübələri ölkəmizin peşəkarları üçün daha da əlçatan etməyi hədəfləyir. Bu məqsədlə də, Bank, İT sahəsində təhsil alan və çalışan mütəxəssisləri bir araya gətirən müxtəlif tədbirlər,  hakatonlar və layihələr həyata keçirir.

“FinTech founders bootcamp by PASHA Bank” proqramı ilə bağlı ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün bu səhifəyə https://fin.tech.az/ daxil olun. Qeydiyyat üçün son tarix iyul ayının 23-dür.

https://www.pashabank.az/press_centre,1717/lang,az/