29/06/2021

856A4739.jpg (2.83 MB)

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” tərəfindən “Sənaye sahələrinin inkişafı üçün iqtisadi təhlil və yeni imkanlar” mövzusunda tədbir təşkil olunub.

İyun ayının 29-da “dəyirmi masa” formatında keçən bu görüşdə sənaye sahələrindəki yeni trendlər, bizneslərə xarici iqtisadi amillərin təsiri müzakirə edilib. Görüşdə sənaye parklarının istehsalçılar üçün təklif etdiyi imkanlardan və Sənaye İstehsalçılarının Assosiasiyasının yaradılması məsələsinin vacibliyindən də bəhs olunub.

Tədbirdə məruzəçi qismində “PAŞA Bank”ın İdarə Heyətinin üzvü və sədr müavini Cavid Quliyev, Sumqayıt Kimya Sənayə Parkı MMC-nin direktor müavini Elxan Şiriyev və PAŞA Holdinqin Makroiqtisadi Tədqiqatlar departamentinin direktoru Elman Eminov çıxış ediblər.

“PAŞA Bank”ın İdarə Heyətinin üzvü və sədr müavini Cavid Quliyev, bu görüşlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. “Bankımız tərəfindən bu növ görüşlərin keçirilməsində əsas məqsəd ekspertləri bir araya toplayaraq sənayedə mövcud olan çətinlikləri, əsas çağırışları müzakirəyə çıxarmaq və müvafiq həll yollarını araşdırmaqdır. İqtisadiyyatın şaxələndirilməsində dövlət-özəl sektor tərəfdaşlığı böyük önəm daşıyır. Biz, bu tərəfdaşlıqda əlaqələndirici rolunu üzərimizə götürməyə və dialoqun qurulmasında iştirak etməyə hər zaman hazırıq”, - deyə Cavid Quliyev bildirib.

“PAŞA Bank”, fəaliyyəti dövründə qazandığı zəngin təcrübəni və tərəfdaşlıq etdiyi biznes sahələrinə dair malik olduğu dərin analizi bölüşməyi, bununla da ölkə iqtisadiyyatının dayanıqlı inkişafına öz töhfəsini verməyi hədəfləyir.

856A4800.jpg (2.73 MB)

856A4746.jpg (2.80 MB)