15/03/2021

Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank, müştərilərin biznes proseslərinin səmərəliliyinin artırılmasını hədəfləyən növbəti yeniliyi təqdim edib.

Belə ki, Bank tərəfindən hazırlanan biznesin inkişafına yönəlmiş yeni platforma vasitəsilə sahibkarlar həm satınalma əməliyyatlarını həyata keçirə, həm də yeni bizneslərlə tərəfdaşlıq etməyə başlaya bilər. Müştərisi olduğu bankdan asılı olmayaraq istənilən biznes sahibinə bu platformaya qoşulmaq, satışları artırmaq, daxili təchizat üçün bazardan ən uyğun qiymət təklifləri almaq və ümumilikdə xərcləri azaltmaq imkanı verilir.

Bütün iş adamlarını bir platformada cəmləyəcək bu yenilik vasitəsilə PAŞA Bank, alqı-satqı əməliyyatlarını daha güvənli və sürətli həyata keçirmək fürsəti yaradır. Əsas məqamlardan biri də, bu platformaya ödənişsiz əsaslarla qoşulmaq imkanının olmasıdır. Beləliklə, iş adamları platforma vasitəsilə həm öz bizneslərini tanıda, həm də tərəfdaş şəbəkəsini genişləndirə bilər.

Biznesin inkişafı platformasında qeydiyyatdan keçmək üçün bu səhifəyə daxil olun: https://bit.ly/38G8WVn

Əlavə məlumat üçün (+99451) 229 77 83 nömrəsinə zəng edə və ya business.enabler@pashabank.az elektron poçt ünvanına müraciət göndərə bilərsiniz.