Çap

Press-relizlər

PAŞA Bank maliyyə xidmətlərini daha əlçatan edir

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının aşağı gəlirli əhali qrupunun bank xidmətlərindən səmərəli istifadəsinin təmin edilməsi istiqamətindəki “Baza bank xidmətləri paketi” layihəsinə qoşulub.

“Baza bank xidmətləri paketi” layihəsi çərçivəsində vətəndaşlar, milli valyutada hesab aça və bir sıra digər xidmətlərdən ödənişsiz olaraq yararlana biləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə ayrılmış 190 AZN müavinəti PAŞA Bankdan alan vətəndaşlara debet kartları ödənişsiz surətdə təqdim olunacaq.

Xatırladaq ki, Bank, daha öncə Bakıda və bölgələrdə məskunlaşmış aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunmasına dəstək vermək məqsədilə onlara müxtəlif fəaliyyət sahələrində öz bizneslərini qurmaq üçün təmənnasız şəkildə lazımi avadanlıqlar təqdim edib. Beləliklə də, ölkədə “COVID-19” pandemiyasının mənfi təsirlərini azaltmağa yönələn dövlət proqramlarını dəstəkləyən PAŞA Bank, ümumilikdə 40-dan çox ailəyə dəstək göstərib.

“Baza bank xidmətləri paketi” haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

https://www.pashabank.az/press_centre,1636/lang,az/