Çap

Press-relizlər

Tender qarantiyasını Banka gəlmədən əldə etmə imkanı

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank bizneslərini genişləndirmək arzusunda olan kiçik və orta biznes sahiblərinə tenderlərdə iştirak üçün Banka gəlmədən və nağd vəsait bloklaşdırılmadan tender qarantiyasını qısa zamanda əldə etmə imkanını təklif edir. Müştəri Onlayn Bankda qarantiya üzrə müraciət formasına məlumatları daxil edib, müqaviləni ASAN İmza ilə imzalaya və rahatlıqla, evdən çıxmadan qarantiya məktubunu əldə edə bilər.

Qeyd edək ki, qarantiya hesabda nağd vəsaitin bloklaşdırılması ilə verildiyi zaman, Müştəri müqaviləni ASAN İmza ilə imzalayir və Banka gəlmədən qarantiya məktubunu əldə edir. Qarantiya hesabda nağd vəsaitin bloklaşdırılmadan verildiyi zaman isə Müştəridən analizin aparılması üçün əlavə sənəd tələb oluna bilər.

Məhsuldan yararlanmaq üçün keçid: https://pashabank.digital/#/guarantee-letters

https://www.pashabank.az/press_centre,1622/lang,az/