Çap

Press-relizlər

Yeni formatda keçirilən "DevOpsDays Baku 2020" başa çatdı

19 dekabr 2020-ci il tarixində İT sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün beynəlxalq “DevOpsDays Baku 2020” tədbiri keçirildi. PAŞA Bankın və SUP.VC Akselerasiya Mərkəzinin əməkdaşlığı ilə təşkil olunan tədbirin əsas partnyoru Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.

Konfrans 10-dan çox ölkədən 3000-ə yaxın mütəxəssisin marağını cəlb edib. Tədbirə 7 müxtəlif ölkədən 13 spiker qatılıb.

Tədbirdə çıxış edən yerli və xarici ekspertlər, o cümlədən PAŞA Bankın Rəqəmsal Laboratoriyasının Rəqəmsal Mühəndislik şöbəsinin mütəxəssisləri həm texniki həm də qeyri-texniki mövzuları müzakirə ediblər. Texniki mövzulardan “Mikroservis arxitekturası”, “Ümumi DevOps tətbiqi”, “Kubernetes”; qeyri-texniki mövzulardan isə “DevOps mədəniyyət olaraq”, “Agile üslubda işin təşkili”, “Mühəndisin inkişafı”, “Soft bacarıqlar” başlığında olan mövzular ilə spikerlər öz biliklərini, təcrübələrini paylaşıblar.

Qeyd edək ki, “DevOpsDays” konfransı 10 ildən artıqdır ki dünyanın müxtəlif ölkələrində və məkanlarında baş tutur. Bu il pandemiya ilə əlaqədar tədbir yeni formatda, onlayn rejimdə keçirilmişdir.

Tədbir haqqında daha ətraflı məlumat: https://devopsdays.az/

https://www.pashabank.az/press_centre,1609/lang,az/