19/11/2020

Ölkənin aparıcı korporativ bankı - PAŞA Bankın baş sponsorluğu ilə “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” beynəlxalq onlayn tədbiri keçiriləcək. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "İnnovasiyalar Mərkəzi" və "NewSpace" şirkətinin təşkilatçılığı ilə reallaşdırılır.

4-6 dekabr 2020-ci il tarixində baş tutacaq tədbir çərçivəsində müvafiq sahə üzrə gənc proqramçılar, mühəndislər və İT sahəsində təhsil alan istedadlı şəxslər bir araya gələcəklər. Tədbirin məqsədi təhlükəsizlik və müdafiə sahələrində  innovativ arxitektura və proqram həllərinin tətbiqi, bu istiqamətdə müxtəlif tərəflər arasında əməkdaşlığın artırılmasıdır.

Həmçinin qeyd edək ki, tədbir çərçivəsində Qarabağ həqiqətlərini dünyaya çatdırmaq nəzərdə tutulur.

3 gün ərzində davam edəcək hakatonda informasiya təhlükəsizliyi, rəqəmsal təbliğat, müdafiə texnologiyaları, əhalinin təhlükəsizliyi həlləri mövzuları üzrə müzakirələr aparılacaq, qiymətləndirmə üçün hazır məhsul və ya prototiplər təqdim olunacaq.

Qeydiyyat üçün son tarix: 30 noyabr

Qeydiyyat üçün keçid: http://globaldeftech.com