22/07/2020

Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bank sahibkarlarla növbəti onlayn görüş keçirdi. Görüş, COVID-19 pandemiyasının mənfi təsirindən daha çox zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dəstəklənməsi və onlara dövlət zəmanəti ilə subsidiya edilmiş kreditlərin verilməsi üzrə proqramın icrasının başlanmasına həsr olunmuşdu. Proqram Azərbaycanın maliyyə qurumları ilə əməkdaşlıqda Sahibkarlığın İnkişafı Fondu tərəfindən həyata keçirilir.

Görüşdə turizm, qonaqpərvərlik, ticarət və xidmət sektoru, restoran işi və s. sahələrdə fəaliyyət göstərən 100-dən çox sahibkar iştirak etmişdir.

2 saat davam edən görüşdə PAŞA Bank və Fondun nümayəndələri tərəfindən tədbir iştirakçılarına dəstək proqramının həyata keçirilmə mexanizmi, şərtləri və seçim meyarları, habelə proqramda iştirak üçün müraciət prosesi barədə ətraflı məlumat təqdim edildi. Onlayn tədbirin son hissəsində proqram çərçivəsində iştirakçıları maraqlandıran ən aktual suallar cavablandırılmışdır.

Dövlət zəmanəti ilə güzəştli kreditin alınması üzrə müraciət etmək üçün keçid: www.pashabank.az/sme_banking/az/online_business_loan_order

Xatırladaq ki, “Sizinlə bərabər Sizin üçün innovativ həllər yaradırıq” prinsipini rəhbər tutaraq PAŞA Bank, sahibkarların fəal iştirakı ilə hazırlanmış və onların biznes ehtiyaclarını tam ödəyən yeni məhsul və xidmətləri təqdim edir. Bank, sahibkarları dəstəkləmək və pandemiyadan əziyyət çəkən müəssisələrə dəstəkləyici fəaliyyətlərini davam etdirməyi planlaşdırır.