01/07/2020

PAŞA Bankdan Biznes kartını onlayn sifariş et!

"Sizinlə bərabər Sizin üçün innovativ həlləri yaradırıq" prinsipini rəhbər tutaraq, Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank müştərilərinə onların biznes ehtiyaclarına cavab verən yeni məhsul və xidmətləri təqdim etməkdə davam edir.

Beləliklə, artıq PAŞA Bank müştərilərinə Bankın filiallarına getmədən və növbələrdə vaxt itirmədən Biznes kartlarını onlayn sifariş etmə imkanını təqdim edir.

PAŞA Bankın Biznes kart sahibi kart məhsullarının bütün üstünlüklərini, o cümlədən kart hesabına 24/7 rejimində onlayn daxil olmaq, əməliyyatlar aparmaq, pul köçürmək və dünyanın istənilən nöqtəsindən pul vəsaitini almaq imkanını əldə edir.

PAŞA Bankın biznes kartını sifariş etmək üçün keçid: pashabank.digital