Çap

Press-relizlər

“PASHA Bank Cup II” yarışmasının ilk mərhələsinin nəticələri açıqlandı

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank proqramçılar üçün nəzərdə tutulmuş “PASHA Bank Cup II” yarışmasının ilk təsnifat mərhələsinin nəticələrini açıqladı.

Bu mərhələdə 262 nəfər iştirak etmiş və onlardan 76-sı verilən bütün tapşırıqları 50%-dən yuxarı nəticə ilə həll etmişdir. Aşağıda adları qeyd olunan 16 iştirakçı isə bu mərhələdə 100% nəticə göstərib:

• Murad Eynizade
• Ziya Mukhtarov
• Ibrahim Taghizade
• Mehdi Aghakishiyev
• Nurlan Aliyev
• Nurlan Sofiyev
• Abutalib Namazov
• Farid Ahmadov
• Rashad Mammadov
• Elgun Jabrayilzade
• Ülvi Aslanlı
• Amin Jalilov
• Nihat Eliyev
• Omar Afandi
• Sharif Afandi
• Ramil Hasanov

15-18 may tarixlərində baş tutacaq ikinci mərhələnin mövzusu “Axtarış və sıralama” olacaq. Yarışmaya qoşulmaq üçün keçid: http://hr.gs/pashabank-cup-v2-2

İlk mərhələdə əldə edilən nəticələrdən asılı olmayaraq hər kəs ikinci turda iştirak edə bilər. Finalda iştirakçıların hər bir mərhələdə topladıqları nəticələr ümumiləşdiriləcəkdir. “PASHA Bank Cup II” yarışmasının qaliblərinə qiymətli hədiyyələr, həmçinin PAŞA Bankın Rəqəmsal Laboratoriyasında təlim keçmək imkanı veriləcəkdir.

Xatırladaq ki, geniş miqyaslı “PASHA Bank Cup” yarışması 2019-cu ildən bəri müxtəlif yaşlarda olan proqramçılar üçün təşkil edilir. Müsabiqə tələbələrin bilik bazasının möhkəmləndirilməsi və İT profilli mütəxəssislərin praktiki bacarıqlarının gücləndirilməsi məqsədi daşıyır.

Yarışma haqda ətraflı məlumat: https://www.pashabank.az/press_centre,1540/lang,az/

Slack-kanalına qoşulmaq üçün keçid: https://join.slack.com/t/digital-engineers-az/shared_invite/zt-a07erj43-IrkyYL8~4Ap0HfwQ78HsnA

https://www.pashabank.az/press_centre,1553/lang,az/