04/05/2020

Müasir dünyada bank sektorunda, xüsusən də pul köçürmələri və nağdsız ödənişlərdə məlumatların avtomatlaşdırılmış emalı mühüm rol oynayır.

Dünyanın ən məşhur banklardan biri olan Raiffeisen Bank International (RBI) beynəlxalq ödəniş əməliyyatlarını asanlaşdırmaq üçün məlumatların birbaşa emalının (Straight through processing, STP) sürətinin artırılması üzərində daima işləyir. Bu məqsədə çatmaq üçün əməkdaşlıq etdiyi müxbir bankların göstərdiyi səylər RBI tərəfindən yüksək qiymətləndirilir.

Belə ki, ölkənin aparıcı korporativ bankı PAŞA Bank ticari ödənişlər və bank köçürmələrini yüksək keyfiyyətlə həyata keçirdiyi və buna görə də həmin əməliyyatların avtomatlaşdırılmış və sürətlə yerinə yetirilməsini təmin etdiyi üçün Raiffeisen Bank International tərəfindən “RBI STP Quality Award 2019” mükafatı ilə təltif olunmuşdur. Azərbaycandan bu mükafata yalnız üç bank - PAŞA Bank, Kapital Bank və Access Bank layiq görülmüşdür.

Qeyd olunmalıdır ki, yüksək keyfiyyətli ödənişlər məlumatların birbaşa emalını asanlaşdırır və bununla da bütün tərəflərin fiziki əməyini azaldır.