17/04/2020

Proqramlaşdırma sahəsində təcrübəsi olan şəxslərin praktiki bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş "PASHA Bank Cup II" yarışmasının ilk təsnifat mərhələsinə start veriləcək. İlk mərhələnin mövzusu  - “İcra və Məlumat Strukturları” (“İmplementation and Data Structures”) olacaq.

İlk təsnifat mərhələsində iştirak etmək üçün məktəblilər, tələbələr və peşəkar proqramçılar daxil olmaqla müxtəlif yaş qruplarına aid istedadlı yerli proqramçılar dəvət olunurlar. Müsabiqənin şərtlərinə görə, "PASHA Bank Cup II" yarışmasının ilk mərhələsi 1 may 00:00-dan - 4 may 23:59-dək açıq olacaq. Bu mərhələdə iştirakçılara mövzü üzrə 6 sual və onların cavablandırılmasına 4 saat vaxt veriləcək. Yarışmaya qoşulmaq üçün bu keçiddən istifadə edin: 
http://hr.gs/pashabank-cup-v2-1

Qeyd edək ki, müsabiqəyə qatılmaq istəyən proqramçılara hər bir mərhələdən öncə mövzulara hazırlaşmaq üçün aşağıdakı kitab və kurslar tövsiyə edilir:

Əsas mənbələr:
1. Algorithms, 4th Edition by Robert Sedgewick and Kevin Wayne
2. The Algorithm Design Manual by Steven Skiena

Onlayn kurslar:
1. https://www.coursera.org/learn/algorithms-part1
2. https://www.coursera.org/learn/algorithms-part2
3. https://www.udemy.com/course/learn-data-structure-algorithms-with-java-interview/

Ətraflı məlumat əldə etmək və yaranan suallara cavab almaq, həmçinin ümumi proqramlaşdırma mövzularında müzakirələr aparmaq üçün “Slack” kanalına (https://join.slack.com/t/digital-engineers-az/shared_invite/zt-a07erj43-IrkyYL8~4Ap0HfwQ78HsnA) qoşula bilərsiniz.