Çap

Press-relizlər

Bankda bank hesabı: pulsuz və Banka gəlmədən

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank COVİD-19 pandemiyasının yayılmasından zərər çəkmiş yerli bizneslərə dəstək tədbirlərini davam etdirir.

Belə ki, PAŞA Bank hüquqi şəxs və fərdi sahibkarlara öz bizneslərinin ehtiyacları üçün tamamilə pulsuz bank hesabı açmağı təklif edir. Bank hesabı açmaq üçün Bank filialına baş çəkmək tələb olunmur - qeydiyyat məsafəli şəkildə, onlayn həyata keçirilir.
Pulsuz hesab açmaqla yanaşı, PAŞA Bank bizneslərə güzəştli şərtlərlə ödənişlər və köçürmələr etməyi, həmçinin geniş çeşidli bank məhsullarından onlayn şəkildə yararlanmağı təklif edir:

• Əməkhaqqı layihəsinə qoşulma, yeni kartların sifarişi, müştəriyə çatdırılma
• POS-terminalların alınması üçün onlayn sifariş, müştəriyə çatdırılma
• SMART Kassaların alınması üçün onlayn sifariş, müştəriyə çatdırılma
• Video zəng ilə verifikasiya
• Kreditlərin ödənişi və s.

Pandemiyanın yaratdığı problemləri nəzərə alaraq PAŞA Bank həm korporativ müştərilərə, həm də Bankın əmək haqqı kart sahiblərinə dəstək oldu. Belə ki, 1 aprel - 20 aprel 2020-ci il tarixlərində, Bank tərəfindən "kredit tətilləri" elan olundu və bu müddət ərzində kredit üzrə gecikməsi 15 gündən çox olmayan müştərilərə cərimə faizlərinin hesablanması dayandırıldı. 1 aprel tarixindən kredit üzrə gecikməsi 15 gündən az olan müştərilərə cərimə faizlərinin hesablanmasını 20.04.2020-ci il tarixinədək dayandırdı. Bununla yanaşı, PAŞA Bank bazardakı vəziyyəti izləməyə davam edir və sahibkarlara bu vəziyyətdən ən az itki ilə çıxmağa imkan verən tədbirlər paketinin hazırlanması istiqamətində iş aparır.

PAŞA Bankın müştərisi olmaq və onlayn təklif olunan məhsul və xidmətlərin bütün növlərindən faydalanmaq üçün aşağıdakı keçidə müraciət edin: https://pashabank.digital/login#/

https://www.pashabank.az/press_centre,1542/lang,az/