Çap

Press-relizlər

Onlayn bizneslə məşğul olmaq istəyən sahibkarlara elektron-ticarət üçün mobil tətbiq

Ölkənin aparıcı korporativ bankı olaraq PAŞA Bank rəqəmsal həllərin tətbiqinə xüsusi diqqət yetirir. COVID-19 pandemiyasının dünyada yayılması bir çox sahələrdə müəyyən məhdudiyyətlərə səbəb olmuşdur, bu da öz növbəsində ölkədə fəaliyyət göstərən bizneslərə mənfi təsir göstərmişdir.

Bu çətin dövrdə də sahibkarların biznesinin inkişafına dəstək verməyə davam edən PAŞA Bank Azərbaycanda rəqəmsal biznes həlləri sahəsində aparıcı şirkət olan CUBICS Technology ilə strateji tərəfdaşlıq çərçivəsində sahibkarlara qeyri-bank xidmətlərindən istifadə etmək üçün imkanlar yaradır. Belə ki, şəxsi bizneslərini onlayn rejimə keçirmək istəyən sahibkarlar elektron-ticarət üçün xüsusi mobil tətbiqindən faydalana bilərlər.

Elektron-ticarət üçün mobil tətbiq - şirkətin brendinə asanlıqla uyğunlaşa bilən ilk mobil e-ticarət platformasıdır. Cəmi 21 gün ərzində istənilən brend AppStore, GooglePlay və WEB versiyasında öz ticarət tətbiqetmələrini əldə edə bilər. Beləliklə, proqramçılara və onlayn texnologiyaların yaradılmasına böyük məbləğdə vəsait xərcləməyə ehtiyac qalmır. Bu, şəxsi mobil tətbiqetmələr üzərindən dərhal ticarətə başlamaq və brendin onlayn biznesini inkişaf etdirmək üçün ideal bir fürsətdir.

Xidmət haqqında daha ətraflı məlumat: https://www.pashabank.az/non_finance/az/node/7

*8123 / (+99 412) 496 50 04

https://www.pashabank.az/press_centre,1534/lang,az/