16/03/2020

facebook-az.jpg (177 KB)PAŞA Bank xarici iqtisadi fəaliyyətlə məşğul olan azərbaycanlı sahibkarlara dəstəyini davam etdirir. Belə ki, Çin Xalq Respublikasındakı biznes tərəfdaşları ilə ticarət əlaqələri olan yerli sahibkarların son zamanlar üzləşdikləri maliyyə çətinliklərini nəzərə alaraq PAŞA Bank Müştərilərinə bu istiqamətdə həyata keçirdikləri pul köçürmələrinə komissiyanı 0.2% endirmişdir.

Qeyd edək ki, http://www.pashabank.digital saytına daxil olaraq qeydiyyatdan keçib PAŞA Bank müştərisi ola və geniş çeşidli məhsul və xidmətlərdən, o cümlədən bu güzəştdən onlayn rejimdə istifadə edə bilərsiniz.