Çap

Press-relizlər

"PASHA Bank Cup" yarışmasının iştirakçıları Rəqəmsal Laboratoriyanın qonağı oldu

Proqramçılar üçün keçirilən "PASHA Bank Cup" yarışmasının artıq üç mərhələsi geridə qaldı. Bu müddət ərzində müxtəlif yaş qruplarında 260 nəfərdən çox proqramçı öz güclərini sınadı.

21 noyabr 2019-cu il tarixində üç təsnifat mərhələlərində ən yüksək nəticələr əldə edən iştirakçılar PAŞA Bankın Rəqəmsal Laboratoriyasını ziyarət etdilər. Görüş zamanı iştirakçılara Bankda istifadə olunan Agile metodologiyası, həmçinin mühəndislik prosesləri barədə məlumat təqdim edildi.

PAŞA Bankın Rəqəmsal Laboratoriyasının Mühəndislik şöbəsinin rəhbəri Vüsal Xəlilov iştirakçıları maraqlandıran suallara ətraflı cavab verdi. O, mühəndislik şöbəsinə işə alım prosesi zamanı namizədlərdə fundamental biliklərin olub olmamasına diqqət yetirildiyini, və "PASHA Bank Cup" kimi tədbirlərin məhz bu biliklərə malik istedadlı gəncləri aşkar etmək üçün keçirildiyini xüsusi ilə vurğuladı.

Daha sonra görüş iştirakçıları Rəqəmsal Laboratoriyanın əməkdaşları və onların iş prosesləri ilə tanış oldular.

Qeyd olunmalıdır ki "PASHA Bank Cup" yarışmanın 14-17 noyabr 2019-cu il tarixləri arasında "Axtarış və sortlaşdırma (Searching and sorting)" mövzusunda keçirilmiş üçüncü təsnifat mərhələsinin nəticələrinə əsasən 48 iştirakçıdan 13-ü bütün tapşırıqları tam şəkildə həll etmişdir:

  • Lalə Naibova
  • Məmmədsadiq Naibbəyli
  • Ülvi Aslanlı
  • Eldar Mustafayev
  • Nicat Hüseynov
  • Rəşad Məmmədov
  • Əsgər Cavadov
  • Kənan Əsgərli
  • Nihad Əliyev
  • Hüseyn Hacıyev
  • Sənan Fətəliyev
  • Fərid Əhmədov
  • Abutalıb Namazov

"PASHA Bank Cup" yarışmasının sonuncu, dördüncü təsnifat mərhələsi 29 noyabr – 2 dekabr 2019-cu il tarixləri arasında "Dinamik Proqramlaşdırma və Greedy (Dynamic programming and Greedy)" mövzusunda keçiriləcək.

Bundan əvvəlki mərhələlərdə iştirak etməyən proqramçılar yarışmaya qatıla və final prizləri uğrunda mübarizə apara bilər.

Yarışma haqqında ətraflı məlumat: https://www.pashabank.az/press_centre,1445/lang,az/

https://www.pashabank.az/press_centre,1484/lang,az/