31/10/2019

Proqramçılar üçün sentyabr ayından başlayan "PASHA Bank Cup" yarışmasının 17-20 oktyabr 2019-cu il tarixlərində keçirilmiş ikinci təsnifat mərhələsi uğurla başa çatmışdır.

Mövzusu "Data Strukturlar (Data Structures)" olan bu mərhələdə 54 nəfər iştirak emiş və onlardan 11-i verilən bütün tapşırıqları 100% nəticə ilə həll etmişdir:

- İbrahim Tağızadə
- Abutalıb Namazov
- Hüseyn Hacıyev
- Murad Eynizadə
- Eldar Mustafayev
- Rəşad Məmmədov
- Sənan Fətəliyev
- Fərid Əhmədov
- Elgün Cəbrayılzadə
- Lalə Naibova
- Əsgər Cavadov

İkinci mərhələdə iştirakçı sayı ilk mərhələ ilə müqaisədə daha az olsa da, proqramçıların 20%-i yüksək nəticə göstərə bilmişdir (ilk mərhələdə qaliblərin sayı ümümi iştirakçı sayının 5%-ni təşkil etdi).

"PASHA Bank Cup" yarışmasının üçüncü təsnifat mərhələsi 14-17 noyabr 2019-cu il tarixləri arasında "Axtarış və sortlaşdırma (Searching and sorting)" mövzusunda keçiriləcək.

Qeyd olunmalıdır ki, bundan əvvəlki mərhələlərdə iştirak etməyən proqramçılar da yarışmaya qatıla və aşağıda qeyd olunan final prizləri uğrunda mübarizə apara bilər:

  • Məktəblilər üçün
  • - 1-ci yer - Apple AirPods 2
  • - 2-ci yer - e-reader Pocketbook 614 Black
  • - 3-cü yer - Xiaomi Mi Band 4

 

  • Tələbələr üçün
  • - 1-ci yer - Apple iPad 9.7 32Gb Wi-Fi Grey
  • - 2-ci yer - Apple AirPods 2
  • - 3-cü yer - e-reader Pocketbook 614 Black

 

  • Mütəxəssislər üçün
  • - 1-ci yer - Apple Macbook Pro 15.4 2018 Touch Bar
  • - 2-ci yer - Apple iPad 9.7 32Gb Wi-Fi Grey
  • - 3-cü yer - Apple AirPods 2

Yarışma haqqında ətraflı məlumat: https://www.pashabank.az/press_centre,1445/lang,az/