29/10/2019

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank müştəri məmnuniyyətini əsas tutaraq yeni funksionallığı istifadəyə verdi. Belə ki, artıq yeni Onlayn Bankda valyuta mübadiləsi əməliyyatları 24/7 rejiminə keçirildi.

Onlayn Bank xidmətinə qoşulan Bankın müştəriləri bu unikal imkandan yararlanmaqla istər iş, istərsə də istirahət günlərində istənilən vaxtda valyuta mübadiləsi əməliyyatlarını yerinə yetirə bilər. Beləliklə, Müştərilər növbəti iş gününü və ya iş həftəsini gözləməklə vaxt itirməyəcək, biznesləri üçün lazımi əməliyyatları daha tez və rahat həyata keçirəcəklər.

Xidmətdən istifadə etmək və çevik həllərin digər üstünlüklərindən faydalanmaq üçün Onlayn Banka daxil olun: https://pashabank.digital/