03/10/2019

856A7953.jpg (276 KB)
Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank “Deloitte Azərbaycan” şirkəti ilə əməkdaşlıq çərçivəsində yerli sahibkarlar üçün "Biznesin inkişafı üçün alternativ maliyyə alətləri" mövzusunda konfrans keçirmişdir.

Tədbirdə çıxış edən PAŞA Bankın İnvestisiya Bankçılığı şöbəsinin rəhbəri Ruslan Xəlilov Azərbaycan borc kapitalı bazarının hazırkı inkişaf mərhələsi, eyni zamanda sindikatlaşdırılmış maliyyələşmə və digər borc maliyyələşdirilməsi alətlərinin iş prinsipləri və tətbiqetmə mexanizmləri haqqında ətraflı məlumat verib. Bankın mütəxəssisi kredit reytinqinin təyin olunması, istiqrazların emissiyası və s. mövzulara toxunaraq sahibkarların suallarına ətraflı cavab verib.

“Deloitte MDB” üzrə Maliyyə xidmətləri sektorunun rəhbəri Yekaterina Trofimova və Maliyyə məsləhəti xidmətləri üzrə idarəedici partnyoru Aleksandr Sokolov tədbirdə çıxış edərək maliyyə resurslarının cəlb edilməsi ilə bağlı MDB regionundakı mövcud təcrübələri ilə bölüşdülər.

“Deloitte Azərbaycan”-ın idarəedici partnyoru Nuran Kərimov təqdimatında istiqrazlar və sindikatlaşdırılmış kreditlərin vergi aspektlərini işiqlandırdı. Həmçinin, hüquq üzrə menecer Əminə Baxşıyeva bu mövzuda hüquqi aspektlər barədə məlumat verdi.

Konfransın sessiyalarında tədbir iştirakçıları şirkətlərin maliyyələşməsi ilə bağlı aktual vergi və hüquq aspektləri, maliyyə resurslarının cəlb edilməsinin alternativ yolları, maliyyə resurslarının cəlb edilməsi üzrə MDB regionunda mövcud təcrübələrini paylaşaraq bu mövzular ətrafında fikir mübadiləsi apardılar.

Qeyd edək ki, "Biznesin inkişafı üçün alternativ maliyyə alətləri" konfransında 50-dən çox şirkət və müəssisə nümayəndələri və iş adamları iştirak etmişdir.