Çap

Press-relizlər

PAŞA Bank Türkiyə istiqrazları üzrə 8-ci kupon ödənişi həyata keçirilib

Pb.jpg (71 KB)PAŞA Bank Türkiyə 22 iyul 2017-ci il tarixində buraxdığı ABŞ dolları valyutalı istiqrazları üzrə 8-ci kupon ödənişini həyata keçirdi. Kupon faizi 4.85%, ümumi emissiya həcmi 25 milyon ABŞ dolları olan istiqrazın kupon ödənişləri rüblük əsasda olmaqla hər 3 aydan bir edilir.

23 sentyabr 2019 il tarixində ənənəvi olaraq 303 125 dollar rüblük kupon ödənişini həyata keçirən PAŞA Bank Türkiyə, istiqrazın emissiya tarixindən etibarən investorlara ümumilikdə 2 milyon 425 min ABŞ dolları məbləğində kupon ödənişi etmişdir. Tədavül müddəti 5 il olan istiqraz 2018-ci ildə Bakı Fond Birjasında qeydiyyatdan keçmiş və Azərbaycan şirkətləri və fərdi investorlar tərəfindən böyük maraq ilə qarşılanmışdır. İstiqrazlar üzrə həyata keçirilmiş əqdlərlə bağlı məlumatı Bakı Fond Birjasının rəsmi saytından (bfb.az) əldə edə bilərsiniz.

2017-ci ildə bir ilkə imza atan PAŞA Bank Türkiyə, Azərbaycanda xarici valyutada istiqraz buraxılışını həyata keçirən ilk xarici şirkət olmuşdur. Bank öz fəaliyyətini sağlam maliyyə bazası olan, qətiyyətlə inkişafa doğru irəliləyən və həm müştərilərinin, həm də öz işçilərinin gələcəyinə dəyər qatan beynəlxalq bir bank olmaq istiqamətində qurub. Bank Korporativ və Kommersiya Bankçılığı, İnvestisiya Bankçılığı, regionlararası əməliyyatlar, ticarətin maliyyələşdirilməsi, konsultasiya xidmətləri, yerli valyuta mübadilə əməliyyatları, lizinq xidmətləri və digər bank xidmətləri göstərməklə fəaliyyətini sürətlə genişləndirməkdədir. PAŞA Bank TürkiyəAzərbaycan Kapital Bazarının inkişafında aktiv rola malik olmağı əsas hədəflərindən biri kimi müəyyənləşdirib. Bankın səhmlərinin 51%-i PAŞA Bank ASC-yə, 49%-i PAŞA Holding MMC-yə məxsusdur.

Növbəti kupon ödənişi 22 dekabr 2019 tarixində baş tutacaq. İstiqrazları əldə etmək üçün PAŞA Kapital investisiya şirkətinə müraciət edə bilərsiniz. Əlaqə nömrəsi: + (994) 12 493 33 66.

https://www.pashabank.az/press_centre,1449/lang,az/