06/08/2019

parking-edited-.jpg (323 KB)
Yerli bazarda ilk dəfə olaraq 2018-ci ilin yanvar ayından etibarən PAŞA Bank parkinq ödənişlərinizi Mobil bank əlavəsi vasitəsi ilə həyata keçirmək imkanı təqdim edir. Artıq PAŞA Bank Mobil bank əlavəsi ilə Garage Khagani və Ganja Mall parkinqdə də ödəniş edə biləcəksiniz.

Mobil bank vasitəsilə ödəniş edə biləcəyiniz avto dayanacaqların siyahısı:  

- 28 Mall
- Port Baku Mall
- Ganjlik Mall
- Ganja Mall
- “Garage” parkinq (Azərbaycan pr. 2)
- “Garage” Khagani park

Hər zaman olduğu kimi Siz avto dayanacağa daxil olduqda ödəniş çekini əldə edirsiniz, dayanacağı tərk etdikdə isə Siz parkomat qarşısında vaxt itirmədən PAŞA Bankın Mobil bank əlavəsində artıq mövcud olan parkinq ödənişi xidməti vasitəsi ilə ödəniş edirsiniz. Belə ki, ödəniş çekinizin üzərindəki bar kodu skan edirsiniz və mobil əlavədə qeydiyyata alınmış kart vasitəsilə ödənişinizi həyata keçirirsiniz.

PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlərin icrasını həyata keçirir. Bu səbəbdən müştərilərimizlə daimi əlaqədə olmaq və onların göstərdiyimiz xidmət haqqında fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları customer.care@pashabank.az ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.