09/07/2019

15.07.2019-cu il tarixindən etibarən PAŞA Bank, Kapital Bank ATM-lərindən və PAŞA Bank kassaları vasitəsi ilə əmək haqqı kartlarına nağd pulun mədaxili üçün komissiya 0.2%-ə endirilib. PAŞA Bank kartları arasında card-to-card əməliyyatı üçün komissiya 0.2%-ə endirilib.

Həmçinin əməkhaqqı kartı ilə ölkəxaricində ödəniş zamanı Bank tərəfindən konvertasiya komissiyası tutulmur və ödəniş Mərkəzi Bankın məzənnəsinə əsasən hesablanır. Məlumat verək ki, kartdan karta köçürmə və ölkədaxili köçürmə vasitəsi ilə əməkhaqqı kartlarına mədaxil mümkündür. Mədaxil imkanı yalnız bankla Ümumi Şərtlər Toplusu müqaviləsini imzalayan əməkhaqqı kart sahibləri üçün nəzərdə tutulur.