20/06/2019

PR.jpg (161 KB)
15 iyun 2019-cu il tarixindən etibarən PAŞA Bank tərəfindən AZAL aviaşirkətinin reysləri Visa və Master Card ödəniş sistemlərinin kartlarını qəbul edən müasir POS-terminallarla təchiz edilib.

Uçuş zamanı nağd vəsaitin bəzən kifayət qədər olmadığı üçün beynəlxalq uçuşların sərnişinləri bank kartlarından aktiv şəkildə istifadə edirlər. Bu xidmət sayəsində sərnişinlər ilkin mərhələdə Avropa və Amerikaya uçuş əsnasında Duty Free mağazalarında alış-veriş etdikləri zaman ödənişlərini PAŞA Bankın POS-terminalları vasitəsi ilə rahat həyata keçirə bilərlər.

Duty Free mağazalarında yüksək keyfiyyətli malları cəlbedici qiymətlərlə əldə etmək üçün PAŞA Bankın POS-terminallarından istifadə Sizə səyahət zamanı xoş təəssüratlar bəxş edəcək.