Çap

Press-relizlər

PAŞA Bank KOS müştəriləri üçün Yay Kampaniyası

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank Kiçik və Orta sahibkarlar (KOS) üçün yeni Yay kampaniyasını elan edir. Kampaniya çərçivəsində yeni Müştərilər onlayn rejimdə hesab açma əməliyyatına 50% endirim və bir sıra məhsul və xidmətlərin güzəştli istifadəsindən yararlana biləcəklər.

Yay kampaniyası çərçivəsində tətbiq edilən endirimli tariflər 14 iyundan 31 avqust 2019-cu il tarixinə qədər etibarlıdır. 15 avqust 2019-cu il tarixindən etibarən kampaniyaya qoşulan Müştərilər endirimli tariflərdən 30 sentyabr 2019-cu il tarixinə qədər (istisna: faktorinq xidmətləri üzrə limitin ayrılması və invoysların maliyyələşdirilməsi) istifadə imkanına sahib olacaqlar.

Kampaniya müddəti ərzində Bankda hesab açan hər bir KOS müştərisinə Gömrük (Lokal) kartı hədiyyə ediləcəkdir. Eyni zamanda qeyd olunan müddət ərzində  Faktorinq xidmətlərindən ilk istifadəni Müştərilər güzəştli tariflərlə həyata keçirəcək və hədiyyə olaraq daşınmaz əmlak sığortasını əldə edəcəklər.

Ətraflı məlumat üçün faylı yükləyin

Korporativ müştərilər üçün Əlaqə Mərkəzi: + (994 12) 496 50 04 / *8123

https://www.pashabank.az/press_centre,1401/lang,az/