20/05/2019

Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank “European Banking Awards” çərçivəsində bir neçə beynəlxalq mükafata layiq görülmüşdür.

Belə ki, laureatların müəyyən edilməsi mərhələsində "Azərbaycanın Ən yaxşı bankı" və "Azərbaycanın Ən yaxşı investisiya bankı" mükafatları PAŞA Banka təqdim olunub. Bundan başqa, PAŞA Bank  Mərkəzi və Şərqi Avropa ölkələri, həmçinin MDB ölkələri arasında ən yaxşı Korporativ Sosial Məsuliyyət proqramını həyata keçirən aparıcı maliyyə institutu adına da layiq görülmüşdür.

“European Banking Awards” çərçivəsində təqdim edilən mükafatlar daim yeni texnologiyaları tətbiq edən, öz biznesi və sektorunda davamlı inkişaf göstərən banklara verilir. 2018-ci ilin nəticələrinə görə dünyanın aparıcı maliyyə institutları, o cümlədən Societe Generale, Barclays, Raiffeisen Bank və s. bankları da müxtəlif nominasiyalarda mükafatlandırılmışdır. 

Qeyd edək ki, mükafatın təsisçisi “EMEA Finance” nüfuzlu beynəlxalq maliyyə jurnalıdır.