12/04/2019
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank Raiffeisen Bank International AG tərəfindən “STP Quality Award 2018” mükafatı ilə təltif olundu. Bu nüfuzlu mükafatın verilməsi beynəlxalq ödənişlərin rəsmiləşdirilməsində keyfiyyətin Bank tərəfindən yüksək səviyyədə təmin olunmasının bir daha əyani sübutudur.

STP (Straight-Through Processing) sistemindən istifadə müvafiq standartların qorunması hesabına avtomatlaşdırılmış rejimdə ödənişlərin manual müdaxilə olmadan həyata keçirilməsində mühüm rol oynayır. PAŞA Bank müştəri məmnuniyyətinin artırılması istiqamətində daim yenilikçi təşəbbüslər irəli sürür və işgüzar proseslərin təkmilləşdirilməsində innovativ həllərdən istifadə edir.