Çap

Press-relizlər

Qadın liderliyi - biznesin inkişafı üçün platforma

Azərbaycanın ən iri investisiya qruplarından biri PAŞA Holdinq və ölkənin aparıcı korporativ banklarından biri PAŞA Bank qadınların liderliyinə həsr olunmuş “She Leads” adlı unikal korporativ proqramının növbəti tədbirini keçirib. Proqramın məqsədi holdinq və ona daxil olan Strateji Aktivlərin qadın əməkdaşlarına onların öz komandalarında görkəmli liderlərə transformasiya edilməsində dəstək göstərməklə yanaşı korporativ uğura və peşəkar inkişafa təkan verməkdir. Proqram qadın sahibkarlardan və top-menecerlərdən ibarət “Azərbaycanın 100 işgüzaq qadını” şəbəkəsi tərəfindən hazırlanıb və icra edilir.

Tədbirdə çıxış edən PAŞA Holdinqin direktorunun müavini Fərid Məmmədov bildirib ki, şirkət işgüzar mühitdə uzunmüddətli təlimlər və peşəkar inkişaf proqramları təşkil etməklə korporativ mədəniyyətin təşviq etdirilməsi istiqamətində davamlı şəkildə çalışır.

“Proqram çərçivəsində təcrübələri ilə bölüşən xanım həmkarlarımızın və eyni zamanda tədbirə qonaq qismində dəvət olunan spikerlərin dəstəyi holdinqimizin digər əməkdaşlarının da inkişafına töhfə verəcək”, - deyə Fərid Məmmədov qeyd edib.

Fərid Məmmədov proqramın köməyilə PAŞA Holdinq daxilində kommunikasiya imkanlarının genişləndirilməsinin əhəmiyyətini də vurğulayıb.

“Bu cür layihələri həyata keçirən PAŞA Holdinq öz peşəkar heyətinə korporativ mədəniyyəti tam fərqli səviyyədə aşılamaqla ölkənin korporativ sektoru üçün nümunə olur. Proqramın məqsədi qadınlara təhsildə və ünsiyyətin qurulmasında yardım göstərmək, onların hüquqlarını və imkanlarını genişləndirmək və ilhamlandırmaqdır. Öz nümunəsi ilə biznesdə uğur imkanlarının geniş olduğunu nümayiş etdirən qadınlar proqram iştirakçıları üçün bir nümunə olub, onlara liderlik bacarıqlarını artırmaqda kömək edəcəklər”, - deyə “Azərbaycanın 100 işgüzar qadını” təşkilatının sədri Tatyana Mikayılova qeyd edib.
IMG_2574.jpg (825 KB)
IMG_2355.jpg (3.27 MB)
IMG_2423.jpg (3.40 MB)


https://www.pashabank.az/press_centre,1361/lang,az/