Çap

Press-relizlər

Əziz Müştərilərimiz, hörmətli Tərəfdaşlarımız!

Novruz kəlməsi fars dilindən “Yeni Gün” kimi tərcümə olunur. Bir qədər də irəli getsək bunu yeni həyatın ilk günü kimi də təsvir etmək olar. Torpağın oyanması, baharın gəlişi hər birimizdə yeni ümidlərin, yeni xəyalların da cücərməsini də özü ilə bərabər gətirir və bəlkə də yeni möcüzələrin gəlişini daha da artırır.

Bu Bayram da yeni ənənəmizə sadiq qalaraq hədiyyələr üçün ayrılan vəsaiti Sizin adınızdan bu yeni ümidə, yeni xəyala və möcüzəyə ən çox ehtiyacı olanlara – kimsəsiz uşaqlara xərcləmək qərarına gəldik. Belə ki, Azərbaycanda fəaliyyət göstərən Ümid Yeri uşaq sığınacağının bir sıra sakinlərinə onlara yeni həyata qapı aça biləcək peşələrə yiyələnmələrinə Sizinlə bərabər vəsilə olduq.

Ölkədə öz sözünü demiş ustalar: şef-aşbaz və stilistlər, vizajist və avtomobil təmirçiləri, DJ və fotoqraflar müəyyən bir müddət ərzində öz peşələrini yeni şagirdləri ilə paylaşacaq, sənətlərinin ən dərin incəliklərini onlara öyrədəcəklər. Kursları müvəffəqiyyətlə bitirdikləri təqdirdə bu gənclər üçün yeni iş yeri imkanı da yaradıla biləcək.

Ümid Yeri uşaq sığınacağının sakinləri ilə birlikdə Sizə bu Bayramda uzun ömür, can sağlığı, bol ruzi-bərəkət və möcüzələr arzulayırıq. Dostluğunuza, tərəfdaşlığınıza və göstərdiyiniz dəstəyə görə Sizə minnətdarıq!

https://www.pashabank.az/press_centre,1336/lang,az/