15/11/2018

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunda təhsil alan və təhsil vaxtı fərqlənən tələbələrə təqaüd verəcək.

pashabank ada

Ümumilikdə 2017-2018-ci tədris ili üzrə ADA Universitetində Kompüter Mühəndisliyi, İnformasiya Texnologiyaları və Kompüter Elmləri ixtisasları üzrə təhsil alan 50-yə yaxın tələbənin təqaüdü ADA Universiteti Fondu tərəfindən ödəniləcək. Təqaüd qazanmış gənclərə təqaüd kartlarının və sertifikatlarının təltif edilməsi mərasimi noyabrın 12-də ADA Universitetində baş tutmuşdur.

pashabank ada

Qeyd edək ki, PAŞA Bank ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin tərəfdaşıdır və fakültənin rəhbərliyi altında 2018-ci ildə həyata keçirilən bir sıra tədbirlərin sponsoru qismində çıxış edir. Belə ki, ilin əvvəlindən PAŞA Bank 4-cü beynəlxalq ”Big Data Day” forumu, eləcə də mühəndislik və robototexnika üzrə məktəblər-arası yarışın keçirilməsinə də dəstək göstərmişdir.

pashabank ada