21/09/2018

Azərbaycana gələn turistlərin sayının ildən ilə artmasını nəzərə alaraq ölkəni aparıcı korporativ bankı PAŞA Bank Union Pay və JCB beynəlxalq ödəniş sistemlərinin kartlarının öz POS terminallarında xidmət edilməsinə start vermişdir.

2018-ci ilin sentyabr ayından etibarən qeyd edilmiş kartların sahibləri mehmanxana, restoran, iri ticarət mərkəzləri və digər ticarət-xidmət müəssisələrində yerləşdirilmiş PAŞA Bankın xüsusi POS terminalları vasitəsilə sərbəst şəkildə nağdsız ödənişlər edə bilərlər.

Onu da qeyd etmək istərdik ki, bu POS terminallar vasitəsilə American Express və Diners Club ödəniş sistemlərinin kartları ilə də ödənişlər etmək olar.