14/09/2018

Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bank Böyük Britaniya hökumətinin Chevening təqaüd proqramının Azərbaycanda tətbiqi çərçivəsində həmyerlimizin Böyük Britaniyanın ali təhsil müəssisəsində maliyyə sahəsi üzrə magistratura təhsilinin maliyyəşdirmişdir. Ali təhsil imkanın məaliyyələşdirilməsi Bankla Chevining proqramı arasında imzalanmış tərəfdaşlıq memorandumuna əsasən həyata keçirilmişdir.

Azərbaycanda Chevening proqramının ilk iştirakçısı Xəzər universitetinin maliyyə fakultəsinin tələbəsi, bir neçə il Bakı Fond Birjasında fəaliyyət göstərmiş gənc mütəxəssis Rəxşəndə Əlili olmuşdur. Həmyerlimiz təhsilini dünyanın aparıcı təhsil müəssisələrindən biri olan Kembric Universitetinin magistratura pilləsində davam etdirəcəkdir.

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə əsasən, Bankın Davamlı İnkişaf Strategiyasının əsas istiqamətlərindən biri istedadlı və perspektivli mütəxəssislərə hərtərəfli dəstək göstərməkdir.

“Ölkənin sistemli əhəmiyyəti yüksək hesab olunan Bank kimi inanırırq ki, biz gənc mütəxəssislərə dəstək olmaq və onları aparıcı Böyük Britaniya universitetlərində akademik təhsil almaq və peşəkar bacarıqlara yiyələnmək imkanı yaratmaqla Azərbaycanda insan kapitalının uzunmüddətli inkişafına töhfə verəcəyik. Əminəm ki, onlar gələcəkdə əldə edilmiş bilik və bacarıqları dövlət və özəl sektorlarda tətbiq etməklə gələcəkdə Azərbaycan iqtisadiyyatının və ölkənin davamlı iqtisadi inkişafını təmin edilməsində aparıcı qüvvə olacaqlar” – vurğulayaraq, T. Kazımov fikrini yekunlaşdırmışdır.

Bu ilin mart ayında PAŞA Bank ilə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Sənəddə PAŞA Bankın Azərbaycanda Chevening Proqramının tərəfdaş təşkilat olması və seçilmiş təqaüdçünün Böyük Britaniyanın qabaqcıl ali təhsil müəssisəsində magistr dərəcəsi üzrə təhsil alması üçün maliyyə dəstəyinin təmin olunması nəzərdə tutulur

Xatırladaq ki, son bir neçə ildə PAŞA Bank gənc mütəxəssisləri dəstəkləmək məqsədi ilə bir çox layihələr həyata keçirmişdir. Belə ki, yerli və xarici tərəfdaşlarla birgə, Bank tərəfindən iqtisadiyyat fakültəsinin tələbələri üçün “Mən – PAŞA Bankın təqaüdçüsü” təqaüd proqramı, Böyük Britaniyada yay məktəbində təhsil, maliyyə savadlılığının artırılması proqrami kimi bir sıra uğurlu layihələr icra olunmuşdur.