16/10/2018

Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bank 30 iyun 2018-ci il tarixinə bitən 6 ay üzrə özünün və törəmə banklarının (PASHA Bank Georgia və PASHA Yatırım Bankası A.Ş.) maliyyə nəticələrini mətbuat konfransında açıqladı. Tədbirdə əsas spiker qismində Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev çıxış edib.

Bankın xalis mənfəəti 30 iyun 2018-ci il tarixinə bitən 6 ay üzrə 35,394 min AZN olmuşdur ki, bu məbləğ keçən ilin ilk 6 ayı üçün 50,324 min AZN təşkil etmişdir. 30 İyun 2018-ci il tarixinə faiz gəlirləri 109,031 min AZN səviyyəsinə çatmışdır. 30 İyun 2017-ci il tarixinə bu məbləğ 132,453 min AZN olmuşdur.

Qeyri-faiz gəlirləri 30 iyun 2018-ci il tarixinə 15,586 min AZN təşkil etmişdir ki, bu da ümumi əməliyyat gəlirlərində 16% pay deməkdir. Bankın ümumi əməliyyat gəlirləri keçən illə müqayisədə 10% azalaraq 97,489 min AZN səviyyəsinə çatmışdır. Qeyri-faiz gəlirlərinin əsas hissəsini dilinq əməliyyatlarından gəlir təşkil edir – 7,952 min AZN və ya 51%. Bu o deməkdir ki, dilinqdən gəlirlərin ümumi əməliyyat gəlirlərdəki payı 8%-dir. Xalis haqq və komissiya gəlirləri 7,390 min AZN təşkil edir ki, bu da qeyri-faiz gəlirlərinin 47%-i, ümumi əməliyyat gəlirlərinin isə 8%-i deməkdir.

30 iyun 2018-ci il tarixində bitən 6 ay üzrə Bankın ümumi əməliyyat xərcləri keçən ilin eyni dövrü ilə müqayisədə 2% artaraq 43,606 min AZN təşkil etmişdir. 30 iyun 2018-ci il tarixində bitən 6 ay üçün xərcin gəlirə nisbəti əmsalı 45%-dək artmışdır. 2017-ci ilin eyni dövrü üçün həmin məbləğ müvafiq olaraq 40% təşkil etmişdir. PAŞA Bank hazırda xərclərin hesablanması metodologiyasını tətbiq edir. Bu təşəbbüs məhsul və seqmentlərin təhlili üçün daha dəqiq məlumat əldə etməyə imkan verəcək. Bu da öz növbəsində qiymətlərin formalaşması mexanizminə öz müsbət töhfəsini verəcək.

Öz aktivlər portfelinin şaxələndirilməsi ilə bağlı qəbul etdiyi strateji qərar nəticəsində Bank müştərilərinə təklif etdiyi xidmətlərin düzgün balansını saxlamağa nail olmuşdur. 30 iyun 2018-ci il tarixinə PAŞA Bankın məcmu aktivləri 4,469,931 min AZN təşkil etmişdir ki, bu da 2017-ci ilin müvafiq tarixində qeydə alınmış 3,614,019 min AZN ilə müqayisədə 24% artım deməkdir.

30 iyun 2018-ci il tarixinə Bankın aktivləri aşağıdakılardan ibarətdir:

Pul vəsaitləri və onların ekvivalentləri – 36.1%

Müştərilərə verilmiş kreditlər – 34.4%

İnvestisiya qiymətli kağızları – 18.5%

Kredit təşkilatlarından alınacaq məbləğlər – 6.5%

Digər aktivlər – 4.5%

Bankın məcmu kreditləri 30 iyun 2018-ci il tarixinə 1,566,498 min AZN məbləğinə çatmışdır. Bu 2017-ci ilin sonu ilə müqayisədə 11% artım deməkdir.

30 iyun 2018-ci il tarixinə kredit portfelinin effketiv ehtiyat dərəcəsi 3.9% olmuşdur. Bu faiz dərəcəsi 31 dekabr 2017-ci il tarixinə olan 4.5% göstərici ilə müqayisədə stabil qalmışdır. Kredit portfelinin keyfiyyəti Bankın əsas hədəflərindən biridir və ciddi nəzarət altındadır. PAŞA Bankın olduqca əhatəli kreditvermə və risk qiymətləndirmə prosesi var. O cümlədən, bu proses Bankın kredit risk mütəxəssisləri tərəfindən mütəmadi olaraq təkmilləşdirilir. Bütün bu prosedurlar ehtiyat məbləğində ciddi dəyişiklik və gözlənilməz nəticələrin qarşısını alır və məqbul proqnozların verilməsinə şərait yaradır.

PAŞA Bank illər ərzində formalaşdırdığı münasibətlərə və xidmətlərinin keyfiyyətinə əsaslanan müştəri bazasını artırmaqda davam edir. 30 iyun 2018-ci il tarixinə müştəri hesabları ilin sonu ilə müqayisədə 15% artaraq 3,320,558 min AZN səviyyəsinə çatmışdır. Nəticədə, məcmu kreditlərin müştəri hesablarına nisbəti əmsalı 2017-cı ilin sonunda müşahidə olunan 49% göstəricisi ilə müqayisədə azalaraq 47% olmuşdur.

Bankın 30 iyun 2018-ci il tarixinə məcmu kapitalın adekvatlıq əmsalı 11% olmuşdur (31 dekabr 2017-ci il tarixində bu göstərici 15% təşkil etmişdir). 30 iyun 2018-ci il tarixinə likvidlik əmsalı 96% təşkil etmişdir. Qeyd edək ki, 2017-ci ilin sonuna bu göstərici 99% olmuşdur.

PAŞA Bank 542,821 min AZN təşkil edən məcmu kapitalına görə ən iri kommersiya bankı mövqeyini qoruyub saxlamışdır. Eyni zamanda bank 2018-ci ilin ilk 6 ayı ərzində 61,414 min AZN dividend ödəmişdir.

PAŞA Bank müştərilərə rəqabət qabiliyyətli və mütərəqqi məhsullar təklif etməklə korporativ və KOS sektorda payını daha da artırmaq və Azərbaycan bazarında öz lider mövqeyini qoruyub saxlamaq üzərində çalışır.

Aktivlərin keyfiyyəti və müştərilər üçün düzgün maliyyə qərarlarını qəbul edilməsi hələ də bir nömrəli prioritetdir və Bank ildən ilə bu yanaşmanı daha da təkmilləşdirməyə sərmayə yatırmağı davam etdirir. Azərbaycanda regional yerli banka çevrilməklə, PAŞA Bank yerli bankçılıqda münasibətlərə köklənmiş bankçılıq və kredit risklərinin anderraytinqi konsepsiyasını təqdim etmişdir, bu isə aktivlərin keyfiyyətində və dəyişkən iqtisadi mühitdə belə gəlirin əldə edilməsində özünü büruzə vermişdir.

İddiali bir bank olaraq PAŞA Bank son illərdə yeni zirvələri dəf edərək regional Banka çevrilmişdir. Daha geniş miqyasda fəaliyyət göstərən Bank gündəlik əsasda qəbul edilən hər bir qərarda öz məsuliyyətini bütünlüklə dərk edir. Investisiya və maliyyə aspektləri ilə bağlı qərarlar müvafiq ölçü vahidlərinə əsaslanır və uzunmüddətli və davamlı artım konsepsiyasını əks etdirir. Bank BMHS-na müvafiq olaraq yerli bank seqmentində unikal və mürəkkəb daxili və xarici maliyyə hesabatlılıq standartlarını tətbiq etməklə öz tərəfdaşları qarşısında ən yüksək hesabatlılıq yanaşmasını nümayiş etdirir.