Çap

Press-relizlər

“PAŞA Bankın yeni tarif paketləri xərcləri optimallaşdırmaq üçün ən uyğun seçimdir”

Aleksandr Qolovko

Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bank bazara kiçik və orta sahibkarlar üçün nəzərdə tutulmuş yeni hesablaşma-kassa xidmətləri üzrə tarif paketlərini təqdim edir. Bu məhsul haqqında ətraflı məlumat əldə etmək üçün PAŞA Bankın Kiçik və orta sahibkarlıq üzrə bankçılıq departamentinin direktoru Aleksandr Qolovkoya müraciət etdik. Müsahibəni diqqətinizə çatdırırıq.

 -Zəhmət olmasa, yeni məhsul - hesablaşma-kassa xidmətləri paketi haqqında bir qədər məlumat verərdiniz.

 -Ölkənin bank bazarına daima yeniliklər gətirən PAŞA Bank Kiçik və Orta Sahibkarlara biznes xərclərini optimallaşdıracaq hesablaşma-kassa xidmətləri üzrə tarif paketlərini təqdim edir. Tarif paketlərinin işləmə prinsipini mobil operatorlar tərəfindən təklif olunan paketlərin işləmə prinsipi ilə müqayisə etmək olar.  Qeyd edim ki, Qərbi və Şərqi Avropanın bir çox ölkələrində aktiv istifadə olunan bu xidmət yerli bazarda da çox böyük marağa səbəb olacaqdır. Belə ki, tarif paketlərinin hazırlanmasında kiçik və orta sahibkarlıq biznesinin müxtəlif xüsusiyyətləri, eləcə də müştərinin bankla olan əməkdaşlıq formatı nəzərə alınmışdır. Müştəri biznesinə uyğun tarif paketini seçərək bankla işini tənzimləyəcək və bir  paketdə ona lazım olan bütün əməliyyatları əldə edəcək.

-İlkin olaraq müştərilərə beş növ tarif paketi təqdim olunur. Müştəri öz biznesi üçün ən münasib tarif paketini seçib və aylıq xidmət haqqını ödəyərək bir çox xidmətlərdən pulsuz və ya güzəştli tariflərlə istifadə etmək imkanı əldə edir. 

-Təqdim olunan yeni xidməti mobil operatorlar tərəfindən istifadəçilərə təklif olunan paket məhsulları ilə müqayisə etmək olar. Tarif paketləri bir birindən funksionallığı ilə fərqlənir. Hər bir paketə müəyyən növ və həcmlərdə əməliyyatlar daxildir. Paket qiyməti ona daxil olan xidmətlərin həcmindən asılı olaraq dəyişir.

 -Müştəri tarif paketlərini əldə etməklə nə kimi üstünlüklər əldə edir? Yeni xidmətin standart təkliflərdən fərqi nədir?

 -Kiçik və orta sahibkarlar tarif paketlərindən birini seçərək onlara lazım olan bütün növ müxtəlif əməliyyatları kompleks şəklində əldə edir. Bu, hesablaşma-kassa xidmətlərinin seçilməsini sadələşdirir, asanlaşdırır. Müştəriyə artıq böyük sayda xidmətləri və onlar üzrə tarifləri müqayisə etmək, tutuşdurmağa ehtiyac qalmır. Biz paketə daxil olan əməliyyatları seçərkən  müştərilərimizin gündəlik həyata keçirdikləri əməliyyatları əsas götürmüşük, həmçinin, xarici bankların təcrübəsini öyrənib və müxtəlif sorğular aparmışıq. Müştəri tarif  paketlərini seçərkən özünə lazım olanı əldə edir. Müştəri üçün biznes fəaliyyətini əhatə edən bütün mühüm və zəruri funksiyaları özündə dəqiq cəmləşdirən paketlər çox rahatdır. Onlar həm istifadədə rahatdırlar, həm də maliyyə əməliyyatları zamanı pula və vaxta qənaət etməyə imkan verirlər. Bu paketlər müştərilərin tələblərinə və fəallığına tam uyğundur. Eyni zamanda tarif paketlərinə qoşulan bütün müştərilərə internet bank xidmətinə qoşulma və 3 illik korporativ və ya Tacir kartı hədiyyə edilir.

 -Paketlərə hansı əməliyyatlar daxildir? 

 - Artıq vurğuladığım kimi, paketlər onlara daxil olan əməliyyatların növü və həcmi  ilə fərqlənirlər.  Paketlər müştərilər tərəfindən gündəlik ən çox istifadə olunan əməliyyatları əhatə edir. Bu əməliyyatlara hesabda olan pul vəsaitlərinin nağdlaşdırılması, yerli və xarici valyuta ilə bankdan kənar köçürmələr, valyuta mübadiləsi, ekvayrinq və sairələri daxildir. İstərdim hər paketin xüsusiyyətləri barədə daha ətraflı məlumat verim. Ilkin olaraq müştəriləri hesab üzrə həyata keçirdikləri əməliyyatlara əsasən beş qrupa ayırdıq və hər qrup üçün xüsusi paket hazırladıq.

Paketlərdən ən sadə olanı “Klassik” – dir. Bu paket özündə standart əməliyyatları ehtiva edərək biznesə yeni başlamış və bankla az həcmdə əməliyyatlar aparan biznes sahibləri üçün ən sərfəli seçimdir.

Aleksandr Qolovko

 Növbəti “Elektron” paketi adından da göründüyü kimi daha çox ölkə-daxili və nağdsız ödənişlərə üstünlük verən müştərilər üçün hazırlanmışdır. Üçüncü “Biznes” paketidir. Bu paket özündə ehtiva etdiyi əməliyyat növlərinə görə “Klassik” paketi ilə oxşardır, lakin əməliyyatların həcmi ilə fərqlənir. Bu paketin istifadəçiləri böyük həcmdə pulsuz nağdlaşdırma və ölkədaxili köçürmələr etmək imkanı əldə edəcəklər.

 Növbəti müştəri qrupu öz fəaliyyətində xarici valyuta ilə əməliyyatlar həyata keçirən sahibkarlardır. Qeyd olunan qrup “Aktiv” adlanan paketi seçməklə həm respublika daxili, həm də respublikadan kənar ödənişləri, həmçinin valyuta mübadiləsi üzrə pulsuz əməliyyatları həyata keçirə biləcəklər. Cari tarixə olan sonuncu “Premium” paketi bank tərəfindən təqdim olunan bütün əməliyyatlardan böyük həcmdə və sayda istifadə edən müştərilər üçün ən uyğun seçimdir. Digər 4 paketlə müqayisədə “Premium” paketinə daxil olan əməliyyatların məbləğləri və sayı dəfələrlə yüksəkdir.

-Yeni tarif paketlərindən hansı müştərilər istifadə edə bilər?

-Hesablaşma-kassa xidmətləri üzrə olan yeni yanaşma Kiçik və orta sahibkar olan müştərilərə tətbiq olunan individual həll yoludur və hər bir biznesin tələbatı nəzərə alınaraq qarşısında duran vəzifələrdən asılı olaraq hazırlanıb. Həm mövcud müştərilərimiz, həm də yeni müştərilər tarif paketlərinə qoşula biləcəklər. Mövcud müştərilər üçün tarif paketlərinə qoşulmaq üçün ödəniləcək xidmət haqqı fərqli olacaq. Sahibkar üçün bu alətin istifadə edilməsinin əsas üstünlüyü fokusu öz biznesinin inkişafı ilə bağlı ən önəmli olan strateji aspektlər üzərində cəmləşdirməkdən ibarətdir. Belə deyək, bu bank biznesində yeni səhifədir və kiçik və orta sahibkar olan müştərilərimiz üçün hesablaşma-kassa xidmətlərini, böyük sayda müştərilərlə işləyən istənilən sahədə öz effektivliyini sübut etmiş, tarif paketləri üzərindən qururuq. Müştəriyə təklifi elə etmək lazımdır ki, seçim onun üçün asan və anlayışlı olsun. Nəticə olaraq biz bu məqsədi əsas tutaraq Azərbaycanın bank bazarında bu xidməti ilk olaraq təqdim etməkdən çox məmnunuq.

-Tarif paketini dəyişdirmək mümkündür?

-Biz müştərinin tarif paketini özü seçməsi imkanını nəzərə almışıq. Biz başa düşürük ki, bəzi müştərilərimizin işi mövsümi ola bilər və ya biznesinin spesifikası hər hansı səbəbdən dəyişə bilər. Bu məsələdə heç bir problem yoxdur, müştəri istədiyi vaxt tarif paketini dəyişə bilər.

 -Paketlərə qoşulmaq üçün ödəniş tələb olunur yoxsa dövri ödəniş tələb olunur?

-İlk dəfə paketi alarkən müştərinin etdiyi ödəniş – qoşulma haqqıdır.  Bu prosesi cari hesabın açılması və yaxud hər hansı mobil operator tərəfindən təqdim edilən paketə qoşulma texnologiyasına bənzətmək olar. Müştəri birdəfəlik ödənişlə dərhal seçdiyi tarif paketinə qoşulur və bununla da  bankın təqdim etdiyi hesablaşma-kassa xidmətlərini əldə edir. Bundan sonra müştəri yalnız paketdən istifadə üçün aylıq xidmət haqqı ödəyir. Bu ödənişlər müştərinin seçdiyi paketdən asılı olaraq dəyişir. . 

  -Bir müştərinin bir neçə paketi ola bilərmi? Müştərinin qoşulduğu tarif paketi bankdakı bütün hesablarını əhatə edəcək?

-Ayrı-ayrı fərqli paketlər əldə etməyin heç bir mənası yoxdur. Əvvəldə də qeyd etdiyim kimi, müştəri məhz özünə lazım olan paketi seçir. Müştəri istənilən tarif paketinə qoşularkən  hesablaşma-kassa xidmətləri üzrə bütün əməliyyatlardan istifadə etmək imkanı əldə edir, , sadəcə   müxtəlif şərtlərlə - endirimli və ya müəyyən limit çərçivəsində pulsuz. Burada məsələ təkcə onda deyil ki, biz müştəriyə hesablaşma-kassa xidmətləri üzrə daha rahat servis, qənaət imkanı təqdim edirik, bu bankın öz işini daha effektiv qurması üçün də faydalıdır. İkinci suala gəldikdə isə müştərilərimizin qoşulduğu tarif paketi PAŞA Bankdakı bütün hesablara tətbiq olunur.

-Siz tarif paketlərini hazırlayarkən bəzi müştərilərə individual yanaşmanı nəzərdə tutmuşdunuzmu?

-Təbii ki, bizim üçün hər müştərimiz çox dəyərlidir və tarif paketləri hazırlanarkən hər bir müştərinin istəyi nəzərə alınmışdır. Paketlərə daxil olan əməliyyatlar kiçik və orta sahibkarlıqla məşğul olan müştərilərimizin istəklərini tam əhatə edir.

-Siz tarif paketlərini yalnız kiçik və orta sahibkarlar üçün nəzərdə tutmusunuz? İri bizneslə məşğul olanlar bu məhsuldan istifadə edə bilərmi?

-İlkin mərhələdə tarif paketləri kiçik və orta sahibkarlar üçün nəzərdə tutulub. Gələcəkdə təbii ki,  paketlərin təkmilləşdirilərək genişlənməsi və sayının artırılması da nəzərdə tutulubdur. Təcrübə nöqteyi-nəzərdən paket məhsulları kütləvi seqmentə daha meyllidir və bu seqmentə daha çox kiçik və orta sahibkarların aid olduğunu nəzərə alsaq onlara daha keyfiyyətli xidmət göstərmək üçün ən münasib həll yoludur. Məhz buna görə tarif paketləri həm bank üçün, həm də KOS üçün daha tələb olunandır.

-Tarif paketlərinə daxil olan əməliyyatlardan internet bank üzərindən istifadə etmək mümkündürmü?

-Təbii ki, tarif paketlərinin yaradılması və tətbiqi – bankın rəqəmsallaşdırma strategiyasının bir hissəsidir.  Bizim qlobal məqsədimiz – məsafədən istifadə yolu ilə müştəri-bank münasibətlərini maksimum dərəcədə sadələşdirmək və asanlaşdırmaqdır. Son vaxtlar apardığımız araşdırmalar göstərir ki, müştərilər bank seçərkən əsas meyar kimi işin internet bank, onlayn xidmət vasitəsilə qurulmasını götürürlər. Buna görə biz də həm tarif paketlərinin, həm də yeni məhsulların internet bank üzərindən olmasına böyük önəm veririk.

-Müştərilərinizin sayı barədə nə deyə bilərsiniz? Gələcəkdə onların sayı nə qədər ola bilər?

-Bu gün üçün deyə bilərəm ki, kiçik və orta sahibkar olan müştərilərimizin sayı 3 000-dir və ortalama aylıq 100 yeni müştəri bankla əməkdaşlığa başlayır. Biz hesablaşma-kassa xidmətləri üzrə işimizi cari paketlərlə məhdudlaşdırmayacayıq, çünki tarif paketlərinə keçid sadəcə marketinq modelinin dəyişdirilməsidir. Tarif paketləri müştərinin bankdan tələblərinin seqmentasiyasını həyata keçirməklə həm müştəriyə, həm də banka rahatlıq təmin edir. Artıq müştərilərə təqdim etmək üçün bir sıra yeni ideyalarımız da vardır, çünki  elə əməliyyatlar var ki, onlar gündəlik bankçılığın hüdudlarını aşır. Bunlara kredit əməliyyatları və ya ekvayrinqlə bağlı daha fokuslanmış həll yolları aiddir. Biz müştərilər üçün paket şəklində daha maraqlı qərarlar tətbiq etmək niyyətindəyik, çünki bu gün biz buna tələbatı olan digər seqmentləri də görürük. Ona görə də, artıq indidən bir sıra ideyalarımızı inkişaf etdirir, yaxın gələcəkdə müştərilərimizə təqdim etməyi planlaşdırırıq.

Müsahibəni aldı

Yeganə Məmmədova

Marja.az

https://www.pashabank.az/press_centre,1316/lang,az/