21/08/2018

Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bankın yüksək reytinqini növbəti dəfə təsdiq edib.

Belə ki, Bankın uzunmüddətli emitentin defoltu reytinqi (EDR) "B+", qısamüddətli EDR isə "B" səviyyəsində təsdiq edilib. Bu reytinq ölkədə 100% yerli kapitala malik olan özəl banklar arasında ən yüksək reytinqlərdən biridir.

Müsbət dəyərləndirilmiş reytinq PAŞA Bankın son 12 ay ərzində mövcud əlverişli maliyyə göstəriciləri, rahat kapital səviyyəsi və likvidlik mövqeyini əks etdirir. Beynəlxalq reytinq agentliyi Bankın yüksək reytinqini dəyişməz olaraq saxlamaqla PAŞA Bankın bazar üçün sistemik əhəmiyyətini də təsdiqləyir.

Qeyd edək ki, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi PAŞA Bank üzrə ilk reytinqini 2012-ci ilin sentyabrında vermişdir.